Dərc edildi: Baxış sayı: 732
Mirkazim Nikbin -Səni bənzətmişdim bahar mehinə
Sən layiq deyilsən saf məhəbbətə,
Mən səni gül bildim, tikan imişsən.
Səni bənzətmişdim bahar mehinə,
Soldurdun könlümü, xəzan imişsən.
Sanırdım sən mənə olacaqsan yar,
Deyirdim sevdiyim huri mələk var,
İndi əsl siman olubdu aşkar,
Heç insanda deyil, şeytan imişsən.
Yamanca yandırdı məni gözlərin,
O acı sözlərin, şirin sözlərin,
Silinməz qəlbimdə olan izlərin,
Səni doğru bildim, yalan imişsən.
Eşqin atəşində alışdım, yandım,
Üzdə gözəlliyə aldandım, qandım,
Səni ürəyimdə əbədi sandım,
Demə beşcə günlük mehman imişsən.
İçib eşq şərabın olmuşdum xumar,
Məni gec ayıltdı zalım ruzigar,
Daha gəl axtarma sevginə şikar,
Mirkazim sən özün qurban imişsən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət