Ens.az
7 dekabr 2019, şənbə
.
.
chevron_left chevron_right
ƏDƏBİYYAT

Mirkazim Nikbin - Üsyan qaldırıram bu ruzigara

Mirkazim Nikbin - Üsyan qaldırıram bu ruzigara

Mirkazim Nikbin - Üsyan qaldırıram bu ruzigara

Həyat cox qəribə, insan mücərrəd,
Qardaşda qardaşı darda qoyarmış.
Tanımaq olmurmuş dəqiq hec kəsi,
Mömində yol kəsib adam soyarmış.

Üsyan qaldırıram bu ruzigara,
Haqq ədalət itib, yoxdu aşkara,
Yalanlar işləyir, düzlər avara,
İnsan yaşamaqdan cana doyarmış.

Namərdlər dayanıb indi meydanda,
Mərdlərdən xəbər yox söylə, hayanda_?
Bu çərxi fələklə dönən cahanda,
Oğrular doğrunun gözün oyarmış.

Kimsə bulaşmasın şeytan şərinə,
Onunla çoxları gedər dərinə,
Gör necə zamandır, necə qərinə,
Min ağıllı bir dəliyə uyarmış.

Mirkazim tutacaq hər kəs yolunu,
Çalış tanıyasan sağ həm solunu,
Necə anlayasan Allah qulunu,
Günahı günahla insan yuyarmış.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Çivita-di-Banorecr (Civita di Bagnoregio) - İtaliyada "ölü şəhər". Şəhərə ancaq bu yaxınlarda inşa olunmuş uzun piyada körpüsü ilə getmək mümkündür. 17-ci əsrdə burada güclü zəlzələ olub və ondan sonra şəhər getdikcə adaya çevrilməyə başlayıb, yerli
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X