Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Yaşamaq gözəldir deyib aldanma

Mirkazim Nikbin - Yaşamaq gözəldir deyib aldanma
Sakura

Mirkazim Nikbin - Yaşamaq gözəldir deyib aldanma

Həm içim, həm çölüm yandırır məni,
Dağ çəkməz mən çəkən dərdi qübarı.
Tanrım yaşatmaqla sındırır məni,
Zay olur ömrümün ilki nübarı.

Dumanlı bir yolda azıb qalmışam,
Son sözü vəsiyyət yazıb qalmışam,
Özüm öz qəbrimi qazıb qalmışam,
Qorxuram verməyə o son qərarı.

Bir ümid bir sevgi ummuram daha,
Həyatdan dolmuşam şükür Allaha,
Ucuz qiymətlənib olubdur baha,
Bahalar tərk edib indi bazarı.

Başına gələnə demə qismətdi,
Əqlə hörmət eylə, böyük neymətdi,
Düşünmək Tahrıya bilki xidmətdi,
Kimin əlindədir öz ixtiyarı?.

Zulmə boyun əyən məzlumdur sanma,
O başsız manqurtdur, sən haqqı danma,
Yaşamaq gözəldir deyib aldanma,
Caqqalla aslanı bir tutma barı.

Dəməyə dilim yox, baxmağa gözüm,
Utanır ət tökür özümdən özüm,
İlahi nə üzlər görüb bu üzüm,
Başı aşağıdır, boynu yuxarı.

Nikbinəm düz baxıb düz görməliyəm,
Özümə hər kəsdən çox gülməliyəm,
Üstünsə kimdənsə kim, bilməliyəm,
Eynidir hər kəsin niyə məzarı?.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR