Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Yoxdu

Mirkazim Nikbin - Yoxdu
Sakura

Mirkazim Nikbin - Yoxdu

Ey əcəl hardasan gəl apar məni,
Daha yaşamağa taqətim yoxdu.
Aclıqda kişilik təsəlli idi,
Kişilik etməyə qeyrətim yoxdu.

De görüm fərqi nə ölüsən, diri,
Yaninda kiçiyi tapdasa iri?
Haqq sözü deyənə deyillər kiri,
Görərkən korluğa niyyətim yoxdu.

Bir qarın çörəyə satıb vicdanı,
Qulağım dinc olsun deyən insanı,
Narahat etmirsə damarda qanı,
Ona bəşər kimi hörmətim yoxdu.

Daha kişilikdən vurammiram dəm,
Hər şeyim yarımçıq, namusumda kəm,
Qız, gəlin yadlardan yapışıb möhkəm,
Çəkib qoparmağa qüvvətim yoxdu.

Baxıb avropaya soyunduq bütün,
Gün görməz yerimiz indi gördü gün,
Yadların əyrisin sandıqca düzgün,
Baxdim ləyaqətim, qüdrətim yoxdu.

Yaxşıya göz yumub, baxdıq yamana,
Hər şeyi biz nisbət etdik zamana,
Beləcə yollarda düşdük dumana,
Bir baxdim ətrafa millətim yoxdu.

Biz arxa çevirib elmə, təhsilə,
Çalıb oxumaqla çıxdıq tətilə,
Nikbin Allahından sən ölüm dilə,
Bu cür yaşamağa minnətim yoxdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR