Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Yuxuma gəlmişdin...

Mirkazim Nikbin - Yuxuma gəlmişdin...
Sakura

Mirkazim Nikbin - Yuxuma gəlmişdin...

Yuxuma gəlmişdin yenə bu axşam,
Yenə aşiq idik, yenə yar idik.
Sanki boşalmışdı büs bütün aləm,
Yalnızca ikimiz yerdə var idik.

Sən və mən qalmışdıq bu gen cahanda,
Gizlənmişdi hər kəs görən hayanda?,
Ikimiz göz-gözə baxan zamanda,
Sanki həm lal idik, həmdə kar idik.

Sənin gözlərində özümü görmək,
Mənim ürəyimdə çoxdankı istək,
Sən mənə məndən də daha çox gərək,
Gizlənmək nə lazım, biz aşkar idik.

Vardır aramızda ülvi məhəbbət,
Səninlə yaşamaq sonsuz səadət,
Sən güllər içində təkçəsən əlbət,
Bir eşqdə ikimiz xoş xumar idik.

Əl ələ tutaraq gəzdim səninlə, 
Həsrətin başını əzdim səninlə,
Ən incə çiçəyi üzdüm səninlə,
Biz bir birimizə yadigar idik.

Səninlə yenicə danışdığım an,
Bis səs eşitdim ki, yuxudan oyan,
Ayrılıb gördümki, ürəkdə hicran,
Səninlə görüşə intizar idik.

Mirkazim qələmə aldın röyanı,
Beynindən çıxmayan gözəl xülyanı,
Gəzdikdə həsrətlə siz bu dünyanı,
Deyərsiz bir zaman bəxtiyar idik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR