Slimfit
  1. BİOQRAFİYA

Mirqafar Seyidov

Mirqafar Seyidov
Sakura

Mirqafar Seyidov — Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru

Həyatı

Seyidov Mirqafar Mircəfər oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlamış, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. 2005-2007-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin rəis müavini, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 393 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə Cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2015-cu il 1 iyul tarixli Sərəncamı ilə Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

Ailəlidir, üç övladı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR