Slimfit
  1. BİOQRAFİYA

Mirzə Əli Ləli

Mirzə Əli Ləli
Sakura

Mirzə Əlixan İrəvani — Azərbaycanlı şair, həkim

Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə[2] dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib. İranın ən məşhur həkimlərindən biri sayılıb.

Ləlinin hikmətli sözləri dillərdə əzbər olub və zərbi-məsəllərə çevrilib. Şair-həkim bir sıra həcvlər də qələmə almışdır. "Şəmsül-hükəma" ləqəbini Müzəffərəddin şahın Təbrizdə vəliəhd olduğu vaxtlarda xəstələrindən birini müalicə edib sağaltdığı üçün alıb və bundan başqa ona vəzifə də verilib.

Məddahlıqla arası olmayan, hürriyyət və azadlıq sevən şair o dövrdə yüksək mənsəb sahiblərinin qüsurlarını öz həcvlərində yazıb. Vaxtının çoxunu səyahətdə keçirib. Əsasən Tiflisə və İstanbula səfərlər edib.

Şeirlərinin çox Azərbaycan türkcəsindədir. Qəsidələri, qəzəlləri, dübeytləri və növhələri vardır.

 

Şeirləri

Bir deyәn
Görüm
İstidən şikayət

 

Qəzəlləri

Boynuma kakilin, ey şux, kəmənd eyləmisən
Eyləmişdim, sənəma, vəslinə adət gecələr
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni
Xalından uçdu mürği-xəyalım ləb üstünə
Qaşların kamanilə sən ox vurdun qəlbimə
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR