Slimfit
  1. BİOQRAFİYA

Mirzə İsa Xəyali

Mirzə İsa Xəyali
Sakura

Mirzə İsa Xəyali - XIX əsr Azərbaycan şairi

Mirzə İsa Xəyali (1850-1917)—XIX əsr Azərbaycan şairi.

Mirzə İsa Hacı Məhəmmədrəhim oğlu təxminən 1850-ci ildə Ərdəbildə doğulmuşdur. Təhsilini orada almış, 1891-ci ildə Lənkərana köçmüşdür. Bir məddət Lənkəranda müəllimlik etmişsə də əsas peşəsi ticarət olmuşdur. O, 1917- ci ildə Lənkəranda vəfat etmişdir,

Xəyali "Fövcül-füsəha " ədəbi məclisinin fəal üzvlərindən idi. Onun bədü irsindən bir neçə qəzəl və digər şeirləri qalmışdır.

XIX əsr Azərbaycan ədəbiyyatının ilk mənbələrindən bəhs edərkən Mirzə İsa Xəyalinin (1850 - 1917) “Təzkireyi - Ziyai” əsəri haqqında danışmamaq mümkün deyil. Onun təzkirəsində Ərdəbil və Təbriz şairlərindən Molla Qulaməli Həsrət, Mirzə Əsəd Şəms Ərdəbili, Molla Məhəmməd Mücriм, Mirzə Abdulla Sağəri və başqalarının həyat və yaradıcılığı toplanıb.Burada Cənubi Azərbaycan şairləri ilə birlikdə, S.Ə.Şirvani, M.Ə.Növrəs, M.R.Fəna, F.Kəminə kimi Şimali Azərbaycanda yaşayan sənətkarların bədii irsinə də ayrıca diqqət yetirilib. Bunu da qeyd edək ki, Mirzə İsa Xəyalinin bu təzkirəsi çap olunmаyıb. Ona görə də indiyə kimi tədqiqatdan kənarda qalıb.

 

Qəsidələri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR