Slimfit
  1. BİOQRAFİYA

Mirzə Kazim Qazi

Mirzə Kazim Qazi
Sakura

Mirzə Kazım Qazi - Azərbaycanlı şair, müəllim

Mirzə Kazim Qazi (təxəllüsü:Fateh; d. 1832, Bərağuş qəsəbəsi, Sərab şəhəri, Təbriz mahalı – ö. 1892, İrəvan) — müəllim, şair.

 

Həyatı

Mirzə Kazım daimi olaraq İrəvanda yaşayıb və orada da vəfat etsə də, əslən İrəvana gəlmədir. Onun vətəni Təbriz mahalının Sərab şəhəri yaxınlığındakı Bərağuş qəsəbəsidir. Mirzə Kazım 1832-ci ildə anadan olub, təhsilini Təbrizdə aldıqdan sonra cavan vaxtlarında İrəvana gəlib, əvvəlcə İran dövlətinin rus konsulluğunda katib-tərtibçi işlərinə baxmışdır. Amma sonralar bu işdən çıxmış, təlim-tərbiyə işlərinə meyli olduğuna görə xüsusi məktəb açaraq müəllimlik etmiş, məktəb işlərini qayda-qanun üzrə aparmaqla ibtidai təhsil alanlara şifahi üsulla təlim verərmiş. Mirzə Kazımın məktəbi bütün İrəvan sakinlərinin rəğbətini qazanmış və həqiqətən bu cənab öz sənət məşğuliyyətində bir qüsura yol vermədən canı-dildən uşaqların təliminə cəlb olunmuşdur.

Mirzə Kazım ilə bərabər Axund Mirzə Əli də həmin vaxtlarda İrəvanda məktəb açmışdı. Axund Mirzə Əli özünü tanıtmış qeyrətli və çalışqan bir müəllim idi.

Mirzə Kazımın beş cild kitabı qalıbdır ki, onlardan dördünü mərhum cocuqların təlimi üçün tərtib etmişdir. Amma onlardan heç biri bu hala kimi çap olunmayıbdır: 1. ”Elmi hesab”, 2. ”Sərfu-nəhvi-farsi”, 3. ”Elmi-bəlağət” (natiqliq məharəti elmi), 4. “Vacibati-şəriyyət” (allahın göstərişlərinə əsasən yazılmış qanunlar, islam qanunları). 5. ”Teatr hekayəsi”.

Mirzə Kazım M.F.Axundov kimi əlifbamızın dəyişdirilməsi məsələsinə daha çox önəm verən yaradıcı ziyalılardan olmuşdur. Təzəməslək adamlardan olduğunu məişətimizin köhnələn, çürüyən, işə yaramayan cəhətlərinin aradan qaldırılmasını məqsədə uyğun sayırdı.

Mirzə Kazım 1892-ci ildə İrəvanda vəba xəstəliyindən vəfat etmişdir.

 

Düzgüləri

 

Şeirləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR