Ens.az
14 oktyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
BİOQRAFİYA

Mirzə Məhəmməd Tağı Qumri

Mirzə Məhəmməd Tağı Qumri - Şair

433 Baxış
Mirzə Məhəmməd Tağı Qumri

Mirzə Məhəmməd Tağı Qumri - XIX əsrin görkəmli şairi.

Həyatı

Dərbənd şairlərindən ən məşhuru Mirzə Məhəmməd Tağı ibnül-mərhum İbrahim və "Qumri" təxəllüsdür. Qumri əslən Dərbənd əhli olub, zamani-viladəti haman şəhərdə tarixi-hicriyyənin 1235-ci sənəsində vaqe olubdur.

Qumri səğir sinnindən məktəbə qoyulub, öz zehnü fərasəti sayəsində az vaxtda türkcə, farsca və hətta ərəbcə gözəl savad kəsb edib, öz vaxtının və müasirinin mabeynində mütədavil olan ülumü kəmalata dara olubdur.

Mirzə Məhəmməd Tağı əxlaqü ətvar cəhətincə cümlənin nəzərində məmduhü mümtaz bir vücudi-möhtərəm sayılırdı. Kəsbi-məaşını ticarət əmrinə münhəsir qılıb, mütəşəxxis və mötəbər tüccarlardan birisi hesab olunurdu. Sahibi-əqlü tədbir olduğu üçün müşkül əmrlərdə əbnayi-vətəni, dost və aşnası ona rücu edib, onun səlahdidi ilə rəftar edərdilər. Otuz sinninə yetdikdə nəzmü təlifi-əşari-gövhərbar və əbyati-dürnisari-müsibəti-əhli-beyti-əthar və şühədayi-Kərbəlaya şüru etməklə bir qüvveyi-iqtidar peyda etmiş Qumri "Kənzül-məsaib" nam əsərinin dibaçəsində nəsr ilə yazdığı bir neçə püribarə sətirlərdən belə anlaşılır ki, əyyami-şəbabını zövqü işrətdə keçirdiyindən peşman olubdur. Necə ki, ol cənab bu xüsusda deyir: "Bəndeyi-zəlil rusiyah əlmüznibü təhidəst, sərmayeyi-itaəti-übudiyyət və qutəvəri-dəryayi-bimüntəhayi-məasi, əsiri-həvayi-nəfsi-əmmareyi-şərir əbdül-həqir kəsirüz-zünubü təqsir Məhəmməd Tağı ibnül-mərhum İbrahim Dərbəndi əlmütə-xəllis bə "Qumri" məşğuli-sevdayi-cəmali-bər xəttü xali-məhbubani-əbruhilal və məftuni-nərgisi-fəttani-dilfəribani-cadumisal olub və bəmüfadi "əl məcazü qəntərətül-həqiqə" gülüstani-aləmi-imkanü məcazdə aşüftəvü nalan, kəmali-nəğmeyi-məqamati-fərəhəfza ilə guya və rətbül-lisan olduğu halda nagah şahbazi-büləndpərvazi-nüktəpərdazi-əqli-mümtazi-kamilnəvazi-[aləmi]-insan mərəzi-xitab-itaba gəlib, mütərənnimi-məqal vəcdü hal və müstəhzəri-sualü cavab oldu".

Şairin təbi-rəvanpərvəri ağılın bu gunə Qumrini xabi-qəflətdən bidar edib, axirət və mənəviyyət aləminə onun fikrü xəyalatını sövq etməyini müşahidə edib, filfövr ağıl ilə mübahisəyə daxil olur və meydani-fəsahətü bəlağət[də] tündü çapük gedən atını cövlan etdirib, bir xeyli mükalimə və mübahisədən sonra təb ağıla qalib gəlir. Burada təbdən murad məhəbbəti-əzəli və eşqi-həqiqidir. Çün hər şeyi cünbişü hərəkətə gətirən və hər şeyə ruhü can verən, hər şeyi gözəl, lətif, mərğubü tər-tazə qılan eşqdir, ona binaən külli-məxluqata sahibü hökmfərman olan, cəmi yaranmışa ağalıq edən, xüsusən bəni-növi-bəşəri öz təhti-idarəsində dolandıran, piri cavana, cavanı pirə, tərsanı müsəlmana, müsəlmanı tərsaya bənd edən dinü məzhəbi, malü canı, qeyrətü himməti, irzü namusu, namü şöhrəti öz əlində əsir edən, lazım olduqda cümləsini badi-fənaya verən eşqdir.

Bu minval bənəfşə, qərənfil, güli-novruz, güli-cəfəri, güli-sabahi-Süleymani, lalə, süsən, reyhan hər birisi hali-pəjmürdələri ilə özlərini şühədayi-Kərbəlaya oxşadıb naləvü fəryad edirlər. Bənəfşə gərdənini kəc görəndə badili-zar Səkinəni gətirib xatirinə qan ağlar. Bu büsatü övzai gördükdə Qumri dərin fikrə gedib, özünü bu məclisi-vəfaya və bu gülşəni-pürsəfaya daxil etməyə layiq görmür və Kərbəla gülşəninin bülbüllərini bir-bir zikr edib, özünü onların müqabilində bir aciz və həqiri-bibəzaət şair hesab edir. Neynəva gülüstanın bülbülləri isə bu əşxasi-möhtərəmdən ibarətdir ki, hər biri facieyi-Kərbəlanı və dastani-pürməlali-seyyidi-şühədanı nəsrən və nəzmən təhrir qılıblar: Müqbil, Mirfəttah, Məhzun, Ağabağır, Cövhəri, Dəxil, Xaki, Sərbaz və qeyriləri. Bu zəvati-giramın hər birinin ismi-şəriflərini Qumri kamali-ədəbü ehtiram ilə bu sayaq zikr qılır:

İbtidayi-"Kənzül-məsaib"də dərc olunmuş saqinamələr dəxi Qumrinin gözəl və fəsih kəlamlarından ədd olunur. Əvvəlinci saqinaməsində saqiyi-siminsaqa xitab edib, ondan kərəm və himmət tələb edib deyir: Qədəhi həzrət Əlinin eşq

badəsi ilə ləbaləb edib, mənə əta elə, ta ki, ol badeyi-gülfami-fərəhbəxşi-zülalı nuş qılıb, o mövlanı mədh etmək üçün şahinmisal zərrin bal açıb aləmi-baladə dövr etməyə pərvaz edim. Sonradan şair saqiyə üz tutub, ona deyir ki, bu bəzmi-şahanəyə və məclisi-ürfana şüərayi-əcəm, türk, Buxaranı gətir.

Qumrinin biəməl və mühil üləmaların zəmmində yazdığı bu kəlam xeyli nazik və ədibanə əsərlərdən birisi hesab oluna bilər. Burada istemal olunan "günbədi-pürməkrdir əmmameyi-əhli-riya" kimi bəzi istiarat və işarələr ancaq müqtədir və kamil şairin qüvvəsindən xaric olan kəlamlardır.

Kəlamın cümləsindən məlum olur ki, Mirzə Məhəmməd Tağı Qumri həqiqətdə bir bəliği-şirinzəban və sahibi-təbi-mövzun şair imiş. Səhih qövlə görə, ol cənab təbi-səlimdən başqa qeyrəti-milliyyəsi ilə müasiri beynində iştihar bulmuş ziyadə cürətli və himmətli və sahibmənsəb və hükkam hüzurunda məruf və ictimai-nasdə Dərbənd əhlinin ehtiyacını bildirən və ərzi-halü dərdi-dilini ərseyi-zühurə gətirən dilavərü mütəkəllim və mütəəssibü millətpərəst bir vücud idi.

Ziyadə dindar və çakəri-əhli-beyti-rəsul olduğuna binaən, qədimdən Dərbənddə şəbih əsası mütədavil ikən ol cənab dəxi şəbih büsatına rağib və mayil olub, hər sənə mübaliğ pullar sərf edib, şəbihə dair mükalimati-cədidə tərtib edərmiş.

Ol mərhumun xəsayisi-qəribəsindən biri də bu imiş ki, xəlayiqi-sübhan ona iki çeşmi-giryan manəndi-əbri-neysan əta buyurmuşdu ki, hər vaxt nəzmi-müsibət qıldıqda xütuti-övraq gözlərinin yaşından pozulub, dübarə onları təhrir edərdi. Necə ki, bu barədə şair deyibdir:


"Kənzül-məsaib"dən səva Qumrinin əşari-nəfisə və əbyati-mütəfərriqəsi çoxdur. "Kənzül-məsaib"ə əlli sinnində olduqda yenə bir neçə cüz əhvalat üsərayi-Kərbəladan mülhəq qılıb, onu "Külliyyat" ismi ilə mövsum etmişdir.

Mərhumun zükur övladlarından Mirzə Mehdi və Mirzə Cəfər üçün qəzayi-rəbbanidən bir hadiseyi-üzma üz verib, nizami-səltənətə görə hükkami-divani-ədliyyə hər ikisini müqəssir bilib, iki il müddəti Dərbənddə məhbus saxlayıb, sonra Sibirə İrkut quberniyasına rəvan etdirmişdi. Mərhum Qumri bu yolda—öz oğlanlarının xilası üçün çox zəhmətlər çəkib və çox pullar sərf edib, hər bir tərəfə səfər qılıb, gahi Tiflisə, gahi Peterburqa və gahi Tehrana. Amma heç bir tərəfdən dərdi-dilinə çarə tapmayıbdır. Bununla belə Qumri öz ənduhü məlalı və pərişan halını öz ürəyində gizlin saxlayıb, əğyarü bədxah nəzərində və təslimi-rizadə sabitqədəm olub, qeyrət və himmətinə əsla qüsur yetirməyibdir və sabiqi adətinə görə nəzmü təlifə məşğul ikən:

Filhəqiqə Qumrinin çox rəvan və mövzun təbi varmış. Buna şəhadət verən onun əşari-abdarı [və] xoşgüvarıdır. Heyfa ki, Qumri qüvveyi-şeriyyəsini ancaq bir yolda – yəni müsibət yazmaqda sərf edib, özgə qisim asar qoymayıbdır ki, şayani-diqqət ola. Əlbəttə, buna səbəb onun pişrovları və müasirinin, xüsusən Dərbənd əhlinin müsibətnaməni hər qisim əşarü kəlama tərcih tutmaqları və xud şairin özünün əyyami-tüfuliyyətdən şəbihkərdanlar və mərsiyəxanlar və növhəsazlar arasında nəşvü nüma tapması və ev tərbiyəsi olubdur.

Məlumdur ki, beş-on sənə bundan əqdəm artıq hörmət və şöhrətdə olan ancaq İmam Hüseyn müsibətinə dair növhə və mərsiyə yazan şairlər idi ki, onların kəlamı məscidlərdə, təkyələrdə oxunurdu və onlar öz kəlamlarını eşidib, xalqın tərifü tövsifi ilə sərəfraz olurdular və növhə yazmağa dəxi də artıq şövqmənd olub, bütün vaxtlarını və qüvveyi-şeriyyələrini bu yolda sərf edirdilər. On beş-iyirmi sənə bundan əqdəm Şuşa qələdə əli qələm tutan kəmsavad uşaqlar dəxi növhə yazmağa məşğul olub, hər birisi öz düzdüyü şerə oxşayan kəlamları ilə iftixar edirdilər. Amma bu axır vaxtlarda növhə və mərsiyə mövsümü bir növ keçib və solub. Təğazayi-zəmanəyə görə şairlərimiz indi də təzə məsləkdə və qeyri bir məzmunda şer yazırlar. Məzmunü məsləkin dəgşirilməsi ilə belə şairlərimiz şiveyi-lisanlarını da dəgşiriblər.

Yaradıcılığı

Gülzari-Hüseyni və kənzül məsaib Nəşri:Dərbəndi [Təbriz]: [s.n.], [1915.].- 346 s.

 

Qəzəlləri

Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi
Cana, məhəbbət aləmi pürinqilab olur
Çıxmaz başımdan eşq ilə sevdası dilbərin
Ey dil, vəfası yoxdu dilara gözəllərin
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin
Eşitcək bu sözü təbim həzan dilkəbab oldu

 

Qəsidələr

Məhbubumun mənimlə məhəbbət binası var
Üşşaqə məşq, eşqdə tumari-Kərbəla

 

Növhələr

Salma gözdən bu zaman, ey şəhi-əbrar məni

 

Mərsiyə

Mahi-məhərrəm oldu yenə göylər ağladı


VİDEO QALEREYA
Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X