Slimfit
  1. İDMAN

Mixail Malkin Dünya Kubokunun finalına vəsiqə qazanıb

Mixail Malkin Dünya Kubokunun finalına vəsiqə qazanıb
Sakura

Mixail Malkin Dünya Kubokunun finalına vəsiqə qazanıb

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastı Mixail Malkin tamblinq üzrə yarışların final mərhələsinə yüksəlib. Gimnastımız təsnifat mərhələsində 74,9 xal qazanıb. O, bu xalla təsnifat mərhələsində ikinci yeri tutaraq finalda yarışmaq hüququ əldə edib.

Təsnifat mərhələsindən finala birinci yerdə rusiyalı idmançı Vadim Afanasyev (75,6 xal) çıxıb.

Qeyd edək ki, bu mərhələdə ilk səkkiz yeri tutan gimnastlar final mərhələsinə vəsiqə qazanıblar.

Milli Gimnastika Arenasında keçirilən Dünya Kuboku yarışlarında 30 ölkədən 160-dan çox gimnast mübarizə aparır. Yarışlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

Mötəbər turnirdə Azərbaycanı beş idmançı təmsil edir. Qadınlar arasında batut yarışlarında fərdi proqramda sonuncu Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparırlar.

İki gün davam edəcək yarışların birinci günündə təsnifat mərhələləri, ikinci günündə isə saat 12:00-dan etibarən final mərhələləri keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR