Slimfit
  1. TƏHSİL VƏ KARYERA

MM-dən təhsillə bağlı mühüm addım: Rüsumlar dəyişdi

MM-dən təhsillə bağlı mühüm addım: Rüsumlar dəyişdi
Sakura

MM-dən təhsillə bağlı mühüm addım: Rüsumlar dəyişdi

Milli Məclis "Dövlət rüsumu haqqında” və “Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihəni müzakirəyə çıxarıb.

Axar.az xəbər verir ki, qanun layihələrinə edilən dəyişikliklə özəl təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün rüsum müəyyən edilib.

Təklif olunan layihəyə əsasən, məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri, əlavə təhsil müəssisələri və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12 000 manat məbləğində müəyyən edilib.

Dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 3000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri üçün isə 7000 min manat idi. Ötən ay Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bu rüsumların ləğvini istəmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR