Slimfit
  1. MARAQLI

Möcüzə baş verdi: gözdən əlil qəzadan sonra görməyə başladı

Möcüzə baş verdi: gözdən əlil qəzadan sonra görməyə başladı
Sakura

Ağlasığmaz şəfa: Gözdən əlil qəzadan sonra görməyə başladı

Ens.az xəbər verir ki, Polşada gözdən əlil olan bir kişinin qəzaya düşməsi onun üçün xoşbəxt sonluqla nəticələnib. Belə ki, qəza zamanı omba sınığı alsa da, əvəzində görmə qabiliyyəti bərpa olunub .

"Polsat News" nəşrinin verdiyi məlumata görə, Qojuva-Vielkopolskie sakini Yanuş Goray allergik reaksiyadan gözünün torlu qişasında yaranan problemlər nəticəsində 20 il əvvəl görmə qabiliyyətini itiribmiş. O yalnız çətinliklə parlaq işığı seçə və cisimlərin qeyri-müəyyən konturlarını ayırd edə bilirmiş.

Ancaq onu maşın vurduqdan sonra həyatında hər şey dəyişib. Omba sümüyünün sınığı ilə sonuclanan qəza zamanı başı sərt şəkildə yerə dəyib və xəstəxanaya aparılıb. Huşu üstünə gələndə isə Yanuş daha yaxşı görməyə başladığını fərq edib.

Görməsində yaxşılaşma prosesi daha da irəliləyib və xəstəxanadan çıxan vaxt demək olar ki, 100% görmə qabiliyyətinə sahib olub.

Baş verənlərdən həkimlər çaşqındır və şəfa fenomenini elm baxımından izah edə bilmirlər. Yanuşun özü görməsinin bərpa olunmasını tanrının lütfü kimi qəbul edib və əlavə müayinələrdən imtina edərək qəzadan sonra götürüldüyü xəstəxanada təhlükəsizlik işçisi kimi işə düzəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR