Slimfit
  1. MƏDƏNİYYƏT

Moda dünyasının ən güclü qadınının qanunları ilə tanış olun

Moda dünyasının ən güclü qadınının qanunları ilə tanış olun
Sakura

Moda dünyasının ən güclü qadınının qanunları ilə tanış olun

Ondan həm qorxurlar, həm də heyran olurlar. Əlbəttə ki, söhbət Amerikanın “Vogue” jurnalının baş redaktoru Anna Vinturdan gedir.

Anna Vintur gənclərə yol vermək fikrində deyil, məşhur jurnalist Amerikanın “Vogue” jurnalının baş redaktoru kreslosunda özünü əla hiss edir və eyni zamanda dünya dizaynerlərinin baş məsləhətçi olaraq qalır. Yeri gəlmişkən, “Şeytan Prada geyinir” filminin baş qəhrəmanı Miranda Pristlinin prototipi də Anna olub.

Anna Vinturun geyimdə öz qaydaları var. Publika.az oxucuları moda tənqidləri ilə çoxlarının canına vəlvələ salan məşhurun 7 əsas dəb qaydası ilə tanış edib:

1. Öz siluetini tap. Anna Vinturun hətta bir neçə gündəlik həyatından çəkilən şəkillərinə baxsaq, görərik ki, məşhurun həmişə bir siluetdə dayandığını müşahidə etmək çətin olmayacaq. Onun qarderobu isə monotondur - dizdən bir qədər aşağı paltarlar, paltolar, həyatın bütün halları üçün plaş və çəkmələr.

Bu, bir tərəfdən monoton və cansıxıcı görünə bilər, digər tərəfdən də öz üslubunun yaradılmasının bir hissəsidir. Bütövlükdə Anna Vinturun bütün obrazları qüsursuzdur. O, gözəl bilir ki, ona nə yaraşır, nə yox. Onun obrazlarında heç vaxt dəb xətaları nəzərə çarpmayıb.

2. Dəb redaktoru müxtəlif rəngləri və fakturaları qarışdırmağı xoşlayır. Anna parçalarla, naxışlarla, printlərlə və ornamentlə uğurla eksperiment aparır və heç vaxt darıxdırıcı görünmür.

3. Başdan ayağa qaraya bürünmür. Anna başqalarına da eyni məsləhəti verir.

4. Bir qayda olaraq dikdaban ayaqqabılar geyinir. Onlar sayəsində Anna daha hündür və miniatür görünməyə müvəffəq olur.

5. Həyatın bütün halları üçün o, dəri rəngli tuflilərə üstünlük verir. Anna onları demək olar ki, bütün gecə libasları ilə uyğunlaşdırır, yayda isə bej tuflilər onun ayaqqabı bazasına çevrilir.

6. Heç olmasa bir dənə də olsa, süni xəz alın. Anna hesab edir ki, onlara yatırım etməyə dəyər. Belə şubalar həm krosovka ilə, həm istənilən dikdabanla, həm klassik donlarla, həm də idman geyimləri ilə eyni dərəcədə effektli görünür. Məsələn, Anna “Max Mara”nın sevimli açıq rənfli şubası çox sevir.

7. Aksessuarlardan qorxmayın. Əlbəttə ki, heç də hər kəs özünə Anna Vintur kimi dəbdəbəli zinət əşyalarınə rəva görə bilməz. Lakin obrazı zənginləşdirən, sizə yaraşan bir neçə cüt sırğaya üstünlük vermək olar. Məsələn, parlaq bijuteriya sadə bir vodolazkanı effektli şəkildə "canlandıracaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR