Slimfit
  1. TARİX

Monqol İmperiyası

Monqol İmperiyası
Sakura

Monqol İmperiyası — XIII əsrdə yaranmış imperiya.

Monqol İmperiyası— XIII əsrdə yaranmış imperiya.

Tarixi

XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.

1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O, Xəzər və Azovdan başlayaraq Rusiyanı cənub-şərq çöllərinədək işğal etdi və 1237-ci ildə Ryazanı, 1238-ci ildə Vladimir şəhərlərini ələ keçirdi. 1240-ci ildə Kiyev və Volın şəhərlərini də tutdu. 1251-ci ildə Batı xanın köməyi ilə Münke xaqan oldu. Artıq orduda üsyanlar baş verməyə başladı.

XII əsrin axırlarında Xubilay xanın dövründə isə Çinin cənubu da işğal edildi. Paytaxt Qaraqorumdan Pekinə köçürüldü. XIV əsrdə üsyanlar və çəkişmələr nəticəsində imperiya dağıldı və yerində müstəqil dövlətlər yarandı.

Monqol dövləti 1220-ci ildə Azərbaycana I yürüşünü etdi və Zəncanı, Ərdəbili, Sərabı, Şamaxını tutdu. Onlar Təbrizdən üç dəfə xərac aldılar, sonra isə Marağanı talan etdilər. Volqaboyunda bulqarlara məğlub olduqdan sonra Monqolustana qayıtdılar.

1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana yürüş etdi və Eldənizlər dövləti süqut etdi. 1231-ci ildə monqollar Azərbaycana ikinci dəfə yürüş etdilər və Cəlaləddinin ağalığına son qoydular. Onlar Marağını, Gəncəni, Şəmkiri, Tovuzu və Bakını tutdular. Monqolların üçüncü yürüşü Hülaki xanın başçılığı ilə 1256-cı ildə baş verdi. Onlar Azərbaycanı və Bağdadı ələ keçirdilər. İşğal olunmuş ərazilərdə Hülakilər (Elxanilər) dövləti yarandı. Dövlətin mərkəzi Azərbaycan oldu. Dövlət Təbrizdən idarə olunurdu. Sonra digər Monqol dövləti — Qızıl Ordu Azərbaycan ərazisinə yürüş etdi.

 

Cuci xanın dövlətindən törəyən ölkələr

  • Qızıl Orda xanlığı
  • Toğa Teymur xansülalesi
    • Krım xanlığı
    • Qazan xanlığı
      • Qasım xanlığı
    • Həştərxan xanlığı
    • Qazax xanlığı
    • Noğay Orda- Cuci ailəsinə xidmət edən mangitlər
    • Sufi sülaləsi- Cuci ailəsinə xidmət edən kongiratlar
  • Şeyban xan sülaləsi
    • Sibir xanlığı
    • Şeybani xanlığı
    • Buxara xanlığı
    • Xivə xanlığı
    • Kokand xanlığı
    • Buxara əmirliyi

 

Cığatayın dövlətindən törəyən ölkələr

  • Cığatay xanlığı
    • Şərqi Cığatay xanlığı
      • Monqolustan xanlığı- Çığatayın sülaləsindən Tuğluk Timurun oğulları
      • Qaşgar xanlığı- Monqolustan xanının sülaləsindən
    • Qərbi Çağatay xanlığı
      • Böyük Teymur İmperiyası- Cığatay ailəsinə xidmət edən barlaslar
        • Böyük Moğol İmperiyası

 

Tulunun dövlətindən törəyən ölkələr

  • Yuan sülaləsi Şimali Yuan - Tulunun ikinci oğlu Kubilayın oğulları
    • Oyrat- Tulunun ailəsinə xidmət edən oyratlar
      • Cungar- Oyratların cunqar qolu
    • Elxanilər dövləti- Tulunun üçüncü oğlu Hülakünun oğulları
      • Cəlayırlar sülaləsi- Tulunun ailəsinə xidmət edən cəlayırlar

 

Monqol İmperiyasının hökmdarları

  1. Çingiz xan(1205-1227)
  2. Ugedey qaan(1229-1241)
  3. Güyük qaan(1246-1248)
  4. Möngkə qaan(1251-1259)
  5. Xubilay xan(1260-1294)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR