Slimfit
  1. SİYASƏT

MSK bu həftə seçkilərə yekun vuracaq

MSK bu həftə seçkilərə yekun vuracaq
Sakura

MSK bu həftə seçkilərə yekun vuracaq

Mərkəzi Seçki Komissiyası (MSK) bu həftə Milli Məclisə keçirilən seçkilərin yoxlanılmasını və yekun vurulmasını təmin edəcək.

Report” xəbər verir ki, Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 29-dək olan dövrü əhatə edir.

MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR