Slimfit
  1. AZƏRBAYCAN

MTRŞ-da özəl televiziyalara ayrılan vəsaitin bölgüsü ilə bağlı iclas keçiriləcək

MTRŞ-da özəl televiziyalara ayrılan vəsaitin bölgüsü ilə bağlı iclas keçiriləcək
Sakura

MTRŞ-da özəl televiziyalara ayrılan vəsaitin bölgüsü ilə bağlı iclas keçiriləcək

Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına (MTRŞ) ayrılan 3 milyon manat hesaba köçürüldükdən sonra Şuranın iclası keçiriləcək.

Bunu “Report”a açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev deyib.

O bildirib ki, iclasda həmin vəsaitin Azərbaycanda fəaliyyət göstərən özəl televiziya kanalları arasında hansı prinsip əsasında və məbləğdə bölünməsi məsələsi müzakirə olunacaq. Müzakirələrin yekununda vəsaitin ayrılması barədə qərar qəbul olunacaq. 

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 17-də özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR