Slimfit
  1. AZƏRBAYCAN

Mübariz İbrahimov gerçəkləri

Mübariz İbrahimov gerçəkləri
Sakura

Mübariz İbrahimov gerçəkləri

O psixoloqa etiraz bildirməkdə haqlısınız, dostlar.

Ancaq mübahisə etməyin, çünki Mübariz İbrahimovun qəhrəmanlığı mübahisəsizdir. Əgər Qarabağda postlarda, kazarmalarda olan əsgər Ermənistan vətəndaşıdırsa, deməli, işğalçı ordunun əsgəridir, əgər Qarabağ sakinidirsə, ərazisində yaşadığı və əslində vətəndaşı olduğu dövlətə qarşı çıxan separatçı, qanunsuz hərbi birləşmələrin tərkibində qulluq edir. Yaralı olmayıbsa, təslim olmayıbsa, bizim əsgərimizin onu öldürməsi qanunidir. Və bu da o deməkdir ki, Mübariz İbrahimov öz ölkəsinin qanunları və eləcə də, beynəlxalq humanitar qanunlar çərçivəsində hərəkət edib və şəksiz qəhrəmandır. Bu, məsələnin bir tərəfi. İkinci məsələ budur ki, erməni bizim düşmənimizdirmi, deyilmi? Təbii, öz ölkəmizin və sivil dünyanın qanunlarına görə, əlinə silah alıb bizim torpağımıza gəlməmiş bir erməni düşmən deyil. Ancaq mən əvvəl də yazmışam ki, Ermənistanda yaşayan ermənilərin də, xaricdə yaşayan ermənilərin də hər halda tam əksəriyyəti, demək olar ki, 99 faizi Qarabağı ya müstəqil, ya da Ermənistanın tərkibində görür. Və hətta Qarabağın işğalına bu və ya başqa şəkildə dəstək verirlər(maddi, mənəvi və sair). Bu ilin aprelində Ermənistanda kütləvi aksiyalar nəticəsində Serj Sarqsyan və komandası hakimiyyətdən salındı. O aksiyalarda Sarqsyanı, eləcə də, Robert Köçəryanı çox şeydə ittiham etdilər.

Ancaq heç kim demədi ki, Qarabağ Ermənistan torpağı deyil və ordu Qarabağdan çıxarılsın. Əksinə Paşinyan başda olmaqla hamısı əvvəlki hakimiyyətin guya Qarabağı Azərbaycana vermək istədiyini iddia etdilər və daha aqressiv şüarlar və tələblər irəli sürdülər. Son parlament seçkilərində də əksəriyyət Sarqsyandan daha aqressiv və ya ən azı onun qədər işğalçılıq siyasəti yürüdən qüvvəyə səs verdisə, deməli, erməni cəmiyyəti bizə düşmən münasibət bəsləyir. Düzdür, bizim əsgərimiz, təbii ki, bizə qarşı silah çevirən, orduda və qanunsuz silahlı birləşmələrdə olan, dövlətimizi və vətəndaşımızı hədəf almış hərbi qulluqçulara qarşı silah tətbiq edir; mülki şəxsləri hədəf seçmir. Çünki bizə düşmən münasibətdə olsa belə, dinc sakini hədəf almırıq. Ancaq Ermənistan hələ də əksəri dinc sakinlər olan vətəndaşımızı azad etmir; minlərlə mülki şəxsi girov saxlayır. Buna etiraz edən: “Günahsız mülki şəxsləri Azərbaycana qaytarın” deyə dövlətindən tələb edən nə qədər erməni gördünüz? Belələri də var, təbii ki.

Ancaq tam əksəriyyət ya bu işğalçı, qəddar siyasəti açıq dəstəkləyir, ya da susqun razılıq verir. Təbii ki, buna görə biz: “Harda erməni gördüksə, öldürmək lazımdır” deyə düşünmürük. Ancaq etirazımızı bildirməkdə: “Dövlətinizdən tələb edin, ordusunu bizim torpağımızdan çəksin” deyə tələb etməyimizdə haqlıyıq. və hətta bu, mütləqdir. İşğal edilmiş torpaqlarımız azad edilmədən ermənilərlə dost olmaq çağırışlarına gəlincə, sənə düşmən münasibətdə biri ilə necə dostluq edərsən? Bunun üçün gərək o, sənə olan düşmən münasibətini dəyişsin. Təkcə sözdə deyil, məhz əməldə.

Əməl isə odur ki, mülki şəxs olan Ermənistan vətəndaşı öz övladınln Azərbaycan torpaqlarına -işğalçı ordinun sıralarına göndərilməsinə etiraz etsin, Ermənistan ordusunu Azərbaycan ərazisindən çıxarmağı öz dövlətindən tələb etsin. Ermənistandan olan əsgər də düşmən olmaq və ölmək istəmirsə, silahını buraxıb öz ölkəsinə qayıtsın. İşğal altındakı ərazimizdə yaşayan mülki şəxs olan erməni Azərbaycan qanunları çərçivəsinə qayıtsın, onların Ermənistan ordusundakı və ya qanunsuz silahlı birləşmələrdəki övladları silahı yerə qoyub Azərbaycan ordusuna və ədalət mühakiməsinə təslim olsun. Bütün əsir və girovlar da azad edilib Azərbaycan dövlətinə qaytarılsın. O zaman bizim dövlətimiz erməni hərbi qulluqçuya məhv edilməli olan hədəf kimi baxmaz və millətimiz də erməninin ona düşmən olmadığına inanmaq üçün əsas əldə edər. Dostluq edər, ya etməz – bu, artıq insanların seçiminə qalmış. Çünki heç bir vətəndaşımıza erməni ilə dostluq etmək və ya etməmək imperativini kimsə qoya bilməz; bu, insanların şəxsi düşüncəsinə və duyğularına bağlıdır, əmrlə, göstərişlə olmaz. Necə deyərlər, ürək fərman dinləməz.Ancaq yuxarıda sadaıadığımızın heç biri olmayıbsa, erməni işğalçı torpağımızdadırsa və ermən cəmiyyəti, ermənilik əksərən bu işğalı dəstəkləyirsə, hansı dostluqdan söhbət gedə bilər ki?! “Dost dosta tən gərək” atalar sözü nə olsun?! Mütləq deyil ki bütün azərbaycanlılar bütün ermənilərlə dost olsun. Məgər hər bir azərbaycanlı hər bir gürcü ilə dostdur?! Xeyr. Ancaq gürcülərlə milli zəmində düşmən deyilik və buna görə, hətta hansısa azərbaycanlı ilə hansısa gürcü arasında şəxsi düşmənçilik də varsa da belə, bu, fərdi xarakterlidir və əslində ümumən hər birimizin gürcü ilə dostluq etmək üçün çoxlu əsaslarımız var. Erməni bizə qarşı düşmənçilik etməsin. Bu dost olmaq üçün birinci və mütləq şərtdir. Ondan sonra kim istəyər dost olar, kim istəyər, sadəcə, biznes tərəfdaşı və sair olar -seçimləri insanlar öz fərdi düşüncə və duyğularına görə edər.

Sonda bir məqamı da vurğulayım. Mübariz İbrahimovun, haşa, qəhrəman olmadığını iddia edən o xanıma etiraz edərkən, adını çəkməyin, onun videomüraciətini paylaşmayın. Bu, daxildə və ya xaricdən hazırlanmış düşünülmüş bir təxribat da ola bilər – məqsəd şəhidlərimizin ailələri ilə, bütövlükdə müharibə iştirakçıları və qurbanıarı ilə dövləti, yaxud onun ayrı-ayrı qurumlarını, eləcə də, cəmiyyətin müəyyən kəsimi ilə ordunu, yaxud cəmiyyətin müəyyən hissələrini bir-birinə qarşı qoymaq, dövlətə, vətənə, torpağa, əsgərimizə sevgini zəiflətmək, müqəddəs dəyər saydıqlarımızı hədəfə almaq, işğal altlnda olan torpaqlarımızı, əsir və girov saxlanılan soydaşlarımızı, şəhidlərimizin qanını və qazilərimizin haqqını unutdurmaq, bizi işğal və ilhaq faktları ilə barışdırmaq cəhdi də ola bilər. Mübariz İbrahimov və onun kimi şəhid, eləcə də, qazi olmuş qəhrəmanlar bizim dəyərlərimiz sırasındadır.

Bu cür erkən ötən… “sülh göyərçin”lərinin statuslarını, videomüraciətini, şəklini paylaşmaqla onları öz məqsədinə yaxınlaşdırmayaq; şərəfi olmayanların fikir və görüntülərini tirajlamaqla onları şərəfləndirməyək. Bizi erməni əsgərinə düşmən -ordumuzun legitim hədəfi kimi baxmağa qarşı tərəf özü məcbur edib; biz durduğumuz yerdə erməni əsgərinə “düşmən” deməmişik. Niyə gürcü əsgərinə bunu demirik?! “Səni sevəcəyəm sən sevməsən də” düşüncəsi ayrı-ayrı insanlar arasında şəxsi müstəvidə bəlkə keçərlidir, ancaq bu düsturu ictimai və xüsisilə, transmilli və dövlətlərarası münasibətlərə şamil etmək olmaz.

Və nəhayət. Sual başqadır: bir halda ki torpağımızda işğalçı orduvar, nəyə görə Mübariz İbrahimov düşmənin üzərinə tək və əmr olmadan gedib (əmrsiz gedibsə). Niyə bütün əsgərlərimiz getmir və niyə əmr yoxdur ki, bütün əsgərimiz eyni vaxtda düşmən üzərinə yürüsün?! Bu, artıq başqa bir söhbətin mövzusudur.

Bahəddin Həziyev

Mənbə: Bizimyol.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR