Slimfit
  1. GÜNDƏM

Müdafiə Nazirliyi: Göyçayda tapılan qazla dolu şar təhlükəsizdir

Müdafiə Nazirliyi: Göyçayda tapılan qazla dolu şar təhlükəsizdir
Sakura

Müdafiə Nazirliyi: Göyçayda tapılan qazla dolu şar təhlükəsizdir

Müdafiə Nazirliyi Göyçay rayonunda vətəndaşa məxsus həyətdə aşkarlanan qazla dolu şarla bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilir ki, həmin şarın heç bir təhlükəsi yoxdur: "Bəzi yerli elektron KİV-də Göyçay rayonunda evlərdən birinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə məlumat yayılıb.

Bildiririk ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir.

Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR