Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Mühüd Orucov Qurban oğlu

Mühüd Orucov Qurban oğlu
Sakura

Doğum tarixi : 13 iyul 1984 Vəfat tarix: 2 aprel 2016

Mühüd Qurban oğlu Orucov (d. 13 iyul 1984; Qazax, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

 

Həyatı

Mühüd Orucov 1984-cü ilin 13 iyul günündə Qazax rayonunun Fərəhli kəndində anadan olub. Mühüd Orucov Cəmşid Naxçıvanski adına Hərbi Liseyibitirib. Mühüd Orucov ailəli idi, 5 yaşında əkiz oğlanları yadigar qalıb.

 

Hərbi xidməti

Kapitan Mühüd Orucov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 12-si isə Mühüd Orucov doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR