Slimfit
  1. ELM

Musiqi insanın beyninə necə təsir edir?

Musiqi insanın beyninə necə təsir edir?
Sakura

Musiqi insanın beyninə necə təsir edir?

Ətraf mühit insanlara ilk baxışdan göründüyündən daha çox təsir edir. Söhbət yalnız ekologiya, yemək, fiziki fəaliyyətdən getmir. Mütəxəssislər, musiqinin beyinə təsir göstərə biləcəyini və həyatın müxtəlif sahələrində əhəmiyyətli bir rol oynaya biləcəyini düşünürlər.

Bəşəriyyətin vacib kəşflərindən biri də musiqidir. Hesab olunur ki, musiqi hələ qədim insanların çubuqla hansısa bir ritm tutmasından daha əvvəl ortaya çıxıb.

İnsanlar hər gün musiqi eşidirlər, bu, onların emosional vəziyyətinə və hətta qəbul olunan qərarlarına təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, musiqi ritmləri beyinə təsir edir və bu həqiqəti nəzərə almamaq olmaz. Məqaləmiz də bu mövzuya həsr olunub.

Səs və musiqi

Səslər qaz, maye mühitdə, bərk maddələrdə yayıla bilən dalğalardan ibarətdir. İnsanların ən çox eşitdikləri səslər - dalğaların qaz və deməli havadakı tərəddüdləridir. Səs dalğası insan qulaqlarına çatdıqda qulaq pərdəsi titrəmə ilə reaksiya verir. Nəticədə insanlar müxtəlif səsləri eşidirlər, amma hamısını deyil. Eşitmə diapazonu 20,000 - 20 Hertz təşkil edir. Ən yüksək olan ultrasəs, ən aşağı isə infrasəsdir.

Məsələn, delfinlər, balinalar ultrasəs eşidirlər, bunun sayəsində bir-birlərini hətta 30 kilometr məsafədən aşkar edə bilirlər.

İnsanları əhatə edən bir çox səs- yalnız küydən ibarətdir. Bu, bir sıra xüsusiyyətlərə görə musiqidən fərqlənir. Səs-küy titrəmələri bütöv bir spektr ilə xarakterizə olunur. Musiqi xətti bir spektr ilə xarakterizə olunan ritmik və ahəngdar dalğalanma ilə səciyyə olunur.

Melodiyanın hormonal fon ilə necə əlaqəsi var?

Mütəxəssislər hesab edirlər ki, xoş melodiyaların səsi zövq hormonu - dopamin ilə əlaqəlidir. Bu hormon həm də ləzzətli yemək yeyərkən və sevgi ilə məşğul olan zaman yaranır. Bədəndə dopamin kifayət deyilsə, insanlarda depressiv vəziyyət yarana bilər.

Bununla bağlı bilgi əldə etmək üçün 60 nəfər könüllünün iştirakı ilə bir sınaq keçirilib. Təcrübə zamanı alimlər MRT istifadə edərək iştirakçıların beyin fəaliyyətlərini izləyiblər.

Məlum olub ki, insanların bəyəndiyi melodiyalar, nüvələrin böyüməsinə müsbət təsir göstərir və dopamin istehsalına töhfə verir. Buna görə əhval-ruhiyyə pis olduqda sevdiyiniz musiqini dinləmək məsləhətdir. Tədqiqatçılar həmçinin musiqi dərslərinin hərəkətliliyə və konsentrasiya qabiliyyətinə müsbət təsir göstərdiyinə dair nəticəyə gəliblər.

Səs-küy və yaradıcılıq

Alimlər aşağı səviyyəli fon səslərinin yaradıcı fəaliyyətləri asanlaşdırdığını və sağ beyni stimullaşdırdıqlarını sübut ediblər. Səs-küyün yaradıcılığa müsbət təsirinin tipik nümunələrindən biri də Ernest Heminqueyin iş mühitidir. Məşhur yazıçı kafe və bənzər yerlərdə fon səs-küyü ilə işləməyi üstün tuturdu.

Melodiya və idman

Sevdiyiniz musiqi altında məşq etmək yalnız xoş deyil, həm də faydalıdır. Məsələ ondadır ki, musiqi beynin fiziki yorğunluq barədə siqnallarını blok edə bilir. Velosiped idmanı ilə əlaqəli digər maraqlı bir nüans. Dən demə, insanlar əyləncəli musiqi altında pedalları daha sürətlə fırladırlar. Dəqiqədə 145 vuruş ritminə sahib musiqi xüsusilə təsirli olur.

Psixologiya və tibb sahəsində musiqi

Psixoloqlar beyinə təsirini qeyd edərək tez-tez musiqi və səslərin istifadəsinə müraciət edirlər.

Bu yaxınlarda kpnüllülər arasında keçirilən bir təcrübə zamanı onlar melodiyalara qulaq asaraq görünüşlərdə üz ifadələrini qiymətləndirdilər. Məlum oldu ki, kədərli musiqini dinləyərkən fotodakı üzlər kədərli görünür, musiqi əyləncəli olduqda isə daha əyləncəli görünürdülər. Elm adamları şən musiqinin depresiya zamanı insanları qıcıqlandırdığını, kədərli musiqinin isə onları sakitləşdirdiyini müşahidə ediblər.

Musiqi motivləri tibbdə də istifadə olunur. Onlar məlumatı yadda saxlamaq qabiliyyətinə müsbət təsir göstərir. Motsartın bəstələri kimi klassik melodiyalar xüsusilə müsbət təsir göstərir.

Xarakter və musiqi tərcihləri

Ens.az xəbər verir ki, mütəxəssislər xarakter və musiqi tərcihi arasında bir əlaqə olduğunu təsbit ediblər.

Rok pərəstişkarları daha çox sakit bir xarakter və yaxşı ruhi sağlamlıq ilə xarakterizə olunur. Lakin onların özünə hörməti çox vaxt qiymətləndirilmir.

Reggini özünü yüksək qiymətləndirən insanlar dinləməyi üstün tutur.

Kantri azarkeşləri insanlarla söhbəti, ünsiyyəti sevirlər. Eyni zamanda, aralarında intiharlar da çox olur.

Musiqinin janrı o qədər də vacib deyil, əsas onun insanın ürəyinə yatmasıdır. Xoş mahnılar sevinc hormonunu artırır və yaradıcılığa müsbət təsir göstərir. Ancaq xoşagəlməz musiqi əks effekt verəcəkdir.

Gündəlik həyatda insanlar musiqinin rolunu çox vaxt qiymətləndirmirlər və ikinci plana keçirirlər. Bu tendensiyanı, məsələn, filmlərdə, cizgi filmlərində və yaradıcı tamaşalarda görmək olar. Hətta 15 - 20 il əvvəl filmlərdə və cizgi filmlərində indikindən daha çox musiqi müşayiəti var idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR