26 yanvar 2020, bazar
.
.
chevron_left chevron_right
MƏDƏNİYYƏT

Musiqili Teatr Üzeyir Hacıbəyli festivalında üç tamaşa təqdim edəcək

Musiqili Teatr Üzeyir Hacıbəyli festivalında üç tamaşa təqdim edəcək

113 Baxış
Musiqili Teatr Üzeyir Hacıbəyli festivalında üç tamaşa təqdim edəcək

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində üç səhnə əsəri nümayiş olunacaq. 

Teatrdan "Report"a verilən məlumata görə, sentyabrın 20-də və 22-də dahi bəstəkarın “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları, 27-də isə macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri təqdim ediləcək. 

Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Teatr 110-cu mövsümünün açılışında nümayiş olunacaq "O olmasın, bu olsun” ikihissəli musiqili komediyasında Xalq artisti, “Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın peşəkar aktyorları çıxış edəcək. 

Bu tamaşada həmçinin İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz teatrının rəhbəri Babək Nəhreyn Hambal obrazını canlandıracaq. “Silva” (İ.Kalma) tamaşasında isə Belarus Respublikasının Əməkdar artisti, Belarus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın rus bölməsinin aktyorları ilə birgə eyni səhnəni paylaşacaq.

Akademik Musiqili Teatr teatrsevərləri biri-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir! 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də "iticket.az” saytından əldə etmək olar.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X