Slimfit
  1. TARİX

Nadir şah Əfşar - Nadir şahın Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında fərmanı

Nadir şah Əfşar - Nadir şahın Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında fərmanı
Sakura

Nadir şah Əfşar - Nadir şahın Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında fərmanı

Adların yaxşısı olan Allah adı ilə [Ortasında şir və günəş həkk olunmuş möhür izi].

Hakimiyyət Allaha məxsusdur.

Mübarək fərman verildi o haqda ki, Məlik Nəcəfqulunun qardası oğlu uca və yüksək pənahlı Məlik Cəfər şahənşah mehribanlığı ilə başı uca olaraq bilsin ki, Hacı Çələbi və s. Şəki camaatı keçmişdə onlardan baş vərmiş təqsir və üzüqaralıq üzündən üzr istəyib yalvarmaq üçün bu bəraət nişanlı asitanəyə gəlmiş, etdiklərindən sərməndə və peşiman olmuşlar. Buna əsasən onların təqsirlərindən keçdik və göz yumduq. Pars ilinin əvvəlindən etibarən Şəkinin məlikliyini o uca və yüksək pənahlıya müraciət edib tapşırdıq ki, keçmişin digər məlikləri kimi məliklik işlərinə başlasın. Lazımdır qeyd olunan Hacı Çələbi və Şəki rəiyyətləri ilə birlikdə işləri sahmana salmaqdan ötrü Şirvana getsin. Oranın [Şəkinin] rəiyyətlərini ziyarət və əkinçiliyə toplamaq və kömək edib birləşdirmək sahələrində lazımınca səy və ciddiyyət edərək, məliklik işində yaxşı xidmətləri və xoş hərəkətləri ilə özünü şahlıq qayğısına şamil etsin. Şəkinin kətxudaları və rəiyyətləri onu özlərinin məliki bilərək onun sözündən və məsləhətindən kənara çıxmasınlar, özlərini vəzifədar bilsinlər.

Yazıldı 1152-ci ilin səfəral - müzəffər ayında.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR