Dərc edildi: Baxış sayı: 1028
Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin ayaq izləri TAPILDI
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Siyəzəndə itkin düşən gəncin axtarışları davam edir.
Belə ki, rayon sakini 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.
Atası Kamal Məlikovun sözlərinə görə, oğlu sentyabrın 6-da itkin düşüb:
"Çay kənarında ayaq izlərinə rastladıq. Sonuncu dəfə orada çimərkən görüblər. Mən işdə olmuşam, telefonla zəng etdim, cavab vermədi. Maaş kartımdan pul göndərmişdim ki, borcu varsa versin. Kartdan-karta pul göndərmişdi, dedi ki, oyunda uduzmuşam".
Qeyd edək ki, Mahmud Məlikov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsidir.
Ətraflı Baku TV-nin süjetində:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət