Slimfit
  1. KOSMOS

NASA alimləri Marsda qəribə siqnallar aşkarlayıblar

NASA alimləri Marsda qəribə siqnallar aşkarlayıblar
Sakura

NASA alimləri Marsda qəribə siqnallar aşkarlayıblar

Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarənin (NASA) alimləri Marsda bəzilərinin seysmik mənşəli olduğu, bəzilərinin isə naməlum qaldığı qəribə siqnallar aşkarlayıblar.

AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, həmin siqnallar “InSight” Mars aparatı vasitəsi ilə əldə edilib.

“Ötən ilin noyabr ayında Qırmızı planetə çatan NASA-nın “InSight” Mars aparatı aprel ayında ilk seysmik siqnalı qeydə alıb”, - məlumatda belə deyilir.

Oktyabrın 1-də dərc olunan audio yazıların nümunələri 100-dən çox siqnalı əhatə edir. Onlardan yalnız 21-i Mars titrəmələri (zəlzələ) kimi tanınıb.

Seysmoqrafın Mars torpağının təxminən beş metr dərinliyinə baş vurması nəzərdə titulsa da, o, yalnız otuz santimetri mənimsəyə bilib. Qurğunun Marsda yazdığı səslər sonradan Yerdəki tədqiqatçılara ötürülür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR