Slimfit
  1. MARAQLI

Nasirəddin şah Qacarın “bığlı arvadları”, əslində, kimlər idi?

Nasirəddin şah Qacarın “bığlı arvadları”, əslində, kimlər idi?
Sakura

Nasirəddin şah Qacarın “bığlı arvadları”, əslində, kimlər idi?

Bir neçə ildir ki, internetdə və sosial şəbəkələrdə “İran şahının hərəmləri” başlıqlı fotolar və məqalələr paylaşılır.

Fotolara və məqaləyə əsasən, guya İran şahı Nasirəddin şah Qacarın zövqü belə olub və ümumiyyətlə, Şərqdə gözəllik məfhumu, sarayda hərəmlər, əsasən, belə qadınlarla dolu imiş.

Amma az-maz tarix oxuyan, xüsusən Qacarlar dövrünü araşdıranlar bilir ki, İran öz gözəl qızları ilə Şərqdə və dünyada məşhur olub. Ağa Məhəmməd Şah Qacarın anası o qədər gözəl olub ki, İrana səfər edən fransız səyyah bu qadını Şərqin ən gözəl qadını adlandırmışdı.

İnternetdə və sosial şəbəkələrdə yayılan fotolarla bağlı fikir və mülahizələr fərqlidir. Amma bizim fikrimizcə, ən uyğun fikir məhz budur:

Fotolardakı “qadınlar” İrandakı ilk dövlət teatrının kişi-aktyorlarıdır. Bu teatr Avropa mədəniyyətini çox sevən Nasirəddin şahın əmri ilə təşkil olunub. Teatr 1890-cı ildə Dar-əl-Fünun texniki məktəbin bazasında yaradılıb.

İranın ilk dövlət teatrı hesab edilən bu teatrda saray əhli üçün satirik pyeslər səhnələşdirilir, teatrların tamaşaçıları da saray əyanları olurdu. Teatrın təşkilatçısı Mirzə Əli Əkbər Xan Nəqqaşbaşı idi.

O, müasir İran teatrının banilərindən biri hesab edilirdi. O dövrlərdə qadınlara səhnədə çıxış etmək qadağan olunduğu üçün qadın rollarını kişilər ifa edirdilər. İranda ilk dəfə 1917-ci ildə teatr səhnəsinə qadın aktyor çıxıb.

Bu, əslində, fotoları izah edən ən real versiyadır. Diqqətli tamaşaçılar Sovet dövründə lentə alınan filmləri yadına sala bilər. Bu filmlərdə də kişi aktyorların səhnədə qadın obrazını canlandırma məsələsi təsvir edilib.

Bununla belə, məsələ ilə bağlı səhv versiyalar irəli sürənlər də var. Onlardan biri Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun tədqiqatçısı, baş elmi işçi, tarix elmləri namizədi Boris Vasilyeviç Dolqovdur.

Onun fikrincə, sözügedən fotolarda qadınlar təsvir olunub:

“Şübhəsiz, şah hərəmxanasında belə qadınlar olub. Amma onları gizli saxlayıblar. Tük məsələsinə gəldikdə, çox güman ki, hərəmxana sahibinin bığlı qadınlardan xoşu gəlib. Köklük isə gözəllik simvoludur”.

Çox güman ki, bu məqalədən sonra sosial şəbəkə istifadəçiləri sonuncu versiyanın səhv olduğunu, sözügedən fotolardakı “bığlı-saqqallı qadınlar”ın, əslində, qadın rolu ifa edən kişi aktyor olduğunu başa düşəcək...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR