Slimfit
  1. CƏMİYYƏT

Naxçıvanda dörd deputatlığa namizədə xəbərdarlıq edilib

Naxçıvanda dörd deputatlığa namizədə xəbərdarlıq edilib
Sakura

Naxçıvanda dörd deputatlığa namizədə xəbərdarlıq edilib

Sentyabrın 1-də keçiriləcək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə namizədliyi qeydə alınan dörd nəfərə xəbərdarlıq edilib.

Ens.Az-ın məlumatına əsasən,bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Belə ki, seçkilərdə 28 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyi qeydə alınan İsmayılxanlı Rövşən Əli oğlu, 8 saylı Düdəngə seçki dairəsindən namizədliyi qeydə alınan Mahmudov Rövşən Əzim oğlu, Mehdiyev Həkimeldostu Bayram oğluNadirov Cavanşir Abbasqulu oğlu “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun 63-cü maddəsinin tələblərini pozaraq seçkiqabağı təşviqat aparılması müddətinin tələblərinə əməl etməyiblər.

Bildirilib ki, 28 saylı Naxçıvan Şəhər və 8 saylı Düdəngə dairə seçki komissiyaları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun müvafiq maddələrini rəhbər tutaraq onlara xəbərdarlıq ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR