Slimfit
  1. İDMAN

Naxçıvanda final həyəcanı : Ölkəmizin Avroliqa təmsilçisi bəlli olur

Naxçıvanda final həyəcanı : Ölkəmizin Avroliqa təmsilçisi bəlli olur
Sakura

Naxçıvanda final həyəcanı : Ölkəmizin Avroliqa təmsilçisi bəlli olur

Bu gün Azərbaycan Kubokunda 2018-2019 mövsümünün qalibi müəyyənləşəcək.

Publika.az xəbər verir ki, kubok uğrunda “Qəbələ” və “Sumqayıt” komandaları mübarizə aparacaq.

Naxçıvan Muxtar Respublikası stadionunda keçiriləcək final matçı saat 17:00-da başlayacaq.

"Sumqayıt" tarixində ilk dəfə finala çıxıb. “Qəbələ” isə indiyədək 3 dəfə final həyəcanı yaşayıb və hamısında uduzub.

Qeyd edək ki, kubokun qalibi ölkəmizi Avropa Liqasında təmsil edəcək.

19 may

Azərbaycan kuboku

Final

17:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov

Naxçıvan Muxtar Respublikası stadionu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR