Slimfit
  1. GÜNDƏM

Nazir müavini: "Cəlil Məmmədquluzadənin heykəli Anarın təklif etdiyi yerdə qoyula bilər”

Nazir müavini: "Cəlil Məmmədquluzadənin heykəli Anarın təklif etdiyi yerdə qoyula bilər”
Sakura

Nazir müavini: "Cəlil Məmmədquluzadənin heykəli Anarın təklif etdiyi yerdə qoyula bilər”

“Bakı şəhərində Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması ilə bağlı işlər görülür”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması işlərinin aparıldığını bildirən nazir müavini C. Məmmədquluzadənin heykəlinin hazırlanması ilə bağlı müsabiqə elan ediləcəyini də qeyd edib: “Heykəli kimin hazırlayacağı məlum olandan sonra ucaldılması ilə bağlı müvafiq işlər həyata keçiriləcək”.

V. Əliyev heykəlin ucaldılacağı məkanın hələ müəyyənləşmədiyini də vurğulayıb: “Yalnız ekspertlərin rəyi nəticəsində heykəlin yeri müəyyənləşdiriləcək. Tağıyevin heykəlinin Bəhram Bağırzadənin təklif etdiyi yerdə qoyulması fikri qəbul olundu. Ola bilsin ki, Anarın verdiyi təklif də ekspertlər tərəfindən qəbul olunsun və heykəl onun dediyi yerdə ucaldılsın”.

Qeyd edək ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşündə AYB sədri, Xalq yazıçısı Anar Bakıda C. Məmmədquluzadənin heykəlinin ucaldılması təklifi ilə çıxış edib. O, bu yaxınlarda yazıçının heykəlinin Qoşa Qala qapısının qarşısında, Mirzə Ələkbər Sabirin heykəlinin yanında qoyulmasını təklif edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR