Slimfit
  1. AZƏRBAYCAN

Nazir müavini: Yaşıllaşdırma işlərinin aparılmasında cəmiyyət bizə dəstək olsun

Nazir müavini: Yaşıllaşdırma işlərinin aparılmasında cəmiyyət bizə dəstək olsun
Sakura

Nazir müavini: Yaşıllaşdırma işlərinin aparılmasında cəmiyyət bizə dəstək olsun

Biz çox maraqlıyıq ki, yaşıllaşdırma işlərinin aparılmasında cəmiyyətin özü Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək olsun. İnsanlar özləri məsələ qaldırsınlar ki, onlar hansı əraziləri yaşıllaşdırmaq istəyirlər.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Əhalini yaşıllaşma tədbirlərinin həyata keçirilməsində fəal olmağa çağıran F.Əliyev qeyd edib ki, vətəndaşlar özləri də yaşıllaşdırmaq istədikləri ərazilərin adlarını nazirliyə açıqlaya, yeni ərazilərin yaşıllaşdırılması təşəbbüsü ilə çıxış edə bilərlər.

Nazir müavini vətəndaşları bunun üçün ETSN-nin sosial şəbəkələrdəki səhifələrində keçirəcəyi sorğularda iştirak etməyə çağırıb:

"Sakinlər yaşıllaşdırmaq istədikləri ərazilərin adlarını bu sorğularda açıqlaya, biz də onları vətəndaşlarla birlikdə yaşıllaşdıra bilərik. Ancaq təkcə yaşıllaşdırma işlərinin aparılması ilə iş bitmir. Biz həm də onda maraqlıyıq ki, əkilən ağaclarda bitiş faizi daha yüksək olsun, ağaclar mühafizə edilsin, ictimai qınaq olsun. Ötən ilin təcrübəsinə baxdıqda görmək olar ki, artıq vətəndaşlar özləri bu məsələdə fəal olmağa çalışırlar".

 

F.Əliyev bildirb ki, 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində ümumilikdə 2 milyona yaxın ağac əkilib. Əkilən tinglər ETSN-nin tinglik təsərrüfatlarında yetişdirilib. Nazir müavini əlavə edib ki, baramaçılığın inkişafına yardım göstərmək məqsədilə ötən il 700 min tut tingi paylanılıb. Bu il də bu prosesin davam etdiriləcəyini söyləyən ETSN rəsmisi əlavə edib ki, bu ilin yaz və payız ağacəkmə mövsümlərində könüllülərlə birgə ötən ildəkindən daha çox sayda ağac əkiləcək:

"Prezident İlham Əliyev 2020-ci ili "Könüllülər ili" elan edib. Bununla əlaqədar nazirlik artıq müvafiq işlər görməyə başlayıb. Nazirliyin nəzdində qərargah yaradılıb, tədbirlər planı hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Biz nəzərdə tuturuq ki, könüllülərlə birlikdə, ictimaiyyətin dəstəyi ilə keçən il əkdiyimizdən daha çox ağac əkək. Peşəsindən, uşaq və böyük olmasından asılı olmayaraq, hər bir kəsə sağlam ətraf mühit lazımdır. İnsanların sağlam ətraf mühitdə yaşamaq haqqı olduğu kimi, sağlam ətraf mühitin yaradılmasında da iştirak etməsi lazımdır. Buna görə də hər bir kəs özündən başlamalıdır". Nazir müavini onu da bildirib ki, bütün Azərbaycan vətəndaşları təbiətin könüllüləridir, yəni uşaqdan tutmuş yaşlı insanadək - hamı təbiətin könüllüləridir:

"Ona görə də hər kəs yaşıllaşdırma tədbirlərində yaxından iştirak etməli və təbiətə sevgisini sözdə yox, əməldə göstərməlidir. Təbiəti hər bir vətəndaş qorumalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR