Slimfit
  1. DÜNYA

Nazirdən etiraf: Marixuana istifadə etmişəm

Nazirdən etiraf: Marixuana istifadə etmişəm
Sakura

Nazirdən etiraf: Marixuana istifadə etmişəm

Ukraynanın İqtisadi inkişaf və kənd təsərrüfat naziri Tinofey Milovanov ABŞ-da təhsil aldığı və namizədlik dissertasiyasını müdafiəsini müdafiə etdiyi zaman marixuananı “daddığını” söyləyib.

Musavat.com xəbər verir ki, nazir Milovanov narkotikdən olduqca az bir zaman içində istifadə etdiyini bildirib.

Ukrayna rəsmisi marixuananı sadəcə ABŞ-da çəkdiyini, lakin ölkəsində belə hərəkətə yol vermədiyini qeyd edib.

“Mən ümumiyyətlə çəkən deyiləm. Həyatımda cəmi 6-7 siqaret çəkmişəm, vəssalam. Xüsusilə yelkən idmanı ilə məşğul olduğum zaman zərərli vərdişlərdən qurtulmağı bacarmşam. Marixuanaya gəlincə, ABŞ-da Kolorado kimi bəzi ştatlarda onun leqal istifadəsinə yol verilir. Aspiranturada oxuyarkən mənə onu məsləhət gördülər. Orada bütün doktorantlar onu çəkirlər. Lakin bundan hər hansı zövq aldığımı deyə bilmərəm. Zatən həmin vaxtdan sonra birdəfəlik qurtuldum. İndi, hətta kofe də içmirəm, yalnız çay...”, - deyə iqtisadiyyat naziri müsahibəsində danışıb.

Qeyd etmək lazımdır ki, Timofey Milovanov 2001-ci ildə Viskonsin ştatının Madison universitetində magistr, 2004-cü ildə isə fələsəfə doktoru adını qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR