Slimfit
  1. MARAQLI

"Nə qiymətdən tapsanız qızıl alın"

"Nə qiymətdən tapsanız qızıl alın"
Sakura

"Nə qiymətdən tapsanız qızıl alın"

Təcrübəli sərmayəçi Mark Mobius, qızıl alışının uzunmüddətdə "meyvə" verəcəyini söyləyib.

"Marja" xəbər verir ki, Mobiusa görə, mərkəzi banklar pul siyasətlərini yumuşaldaraq faizləri aşağı saldıqca qızıl bahalaşacaqdır. 

"Franklin Templeton"da 30 il işlədikdən sonra keçən il "Mobius Capital Partners LLP"ni quran sərmayəçi "Bloomberg Television"a verdiyi müsahibəsində, "qızılın daha da bahalaşacağını gözləyirəm. Bunu söyləməyimin səbəbi isə mərkəzi banklar tərəfindən pul təklifinin artacağıdır. Açığı, hər hansı bir səviyyədən qızıl almanız lazım olduğunu düşünürəm" deyib.

Qızılın qiyməti, Fed və digər mərkəzi bankların iqtisadi artımı dəstəkləmək məqsədilə faizləri aşağı salmalarının təsiri ilə bu ay altı ilin ən yüksək səviyyəsinə qalxıb. ABŞ Xəzinə istiqrazları bazarının üfüqdə durğunluq göründüyünün siqnalını verməsilə əlaqədar olaraq sərmayəçilər qızıla üz tuturlar.

"Mərkəzi banklar faizləri aşağı salmaqla bərabər dəli kimi pul çap edəcəklər",- deyən Mobius, portfelin 10%-nin fiziki qızıla yatırılmasını tövsiyə edir. Məşhur sərmayəçi müsahibəsində qızıl üçün qiymət hədəfinə dair bir məlumat verməyib.

Qeyd edək ki, hazırda unsiyası 1502 dollar ətrafında olan qızılın 1600 dollara qalxacağı nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR