Slimfit
  1. MARAQLI

Nə üçün biz özümüzü balaca uşaq kimi xatırlamırıq

Nə üçün biz özümüzü balaca uşaq kimi xatırlamırıq
Sakura

Nə üçün biz özümüzü balaca uşaq kimi xatırlamırıq

Uşaqlığın ilk illərində baş verənlər barədə danışa bilərsinizmi? İlk xatırladığınız hadisə baş verərkən neçə yaşınız vardı? Qeyd etmək lazımdır ki, insanların əksəriyyəti çətinliklə uşaqlığının ilk illərini xatırlayır. Məsələn: onların üç, dörd və ya beş yaşında olanda baş verən hadisələr. Bu nə ilə bağlıdır və nə üçün biz uşaq olduğumuz dövrü xatırlamırıq? Bu məqalədə bu suala cavab tapmağa çalışacağıq.

Şelli Makdonaldın araşdırması

Şelli Makdonald (Yeni Zelandiyadan olan psixoloq) öz araşdırmalarının birində insanların uşaqlıq dövründə olan hadisələri nə üçün xatırlamaması və bunun nədən asılı olmasını araşdırıb. Bunun üçün eksperiment keçirilib ki, bunda da ölkənin yerli sakinləri olan maori qəbiləsi ilə yanaşı müxtəlif mənşəyə mənsub insanlar iştirak edirdilər (avropa və asiya). Nəticədə aydın olub ki, asiya ölkələrinin nümayəndələri özünün uşaqlığını daha pis xatırlayırlar, çünki öz uşaqlığı haqqında olan ilk xatirələr 4 yaş yarımdan sonra özünü göstərir.

Həyatının ilk illərini avropa mənşəli insanlar daha yaxşı xatırlayırlar. Onların əksəriyyəti üç yaş yarımdan başqalayaraq müəyyən həyat məqamlarını xatırlamağı bacardılar. Amma bu barədə ən yaxşı yaddaşa maori qəbiləsinin nümayəndələri göstərdilər. Aydın oldu ki, orta hesabla onlar iki yaş yarımdan sonra baş verən ayrı-ayrı hadisələr barədə danışa bilərlər.

Psixoloq Şelli Makdonald bunu onunla izah edib ki, Yeni Zelandiyanın yerli sakinləri çox güclü şifahi mədəniyyətə malik olublar, bunun da özəlliyi keçmişdə baş verən hadisələrə vurğuların yaradılmasıdır. Maori qəbiləsinin nümayəndələri keçmişdəki hadisələrə böyük diqqət ayırırlar, bu da ailədə böyüyən uşaqların emosional vəziyyətində özünü göstərir.

Stress və valideynlərlə ünsiyyət

Analoji araşdırmalar dünyanın müxtəlif yerlərində də aparılmışdır. Məsələn: italyan psixoloqu Federika Artioli müxtəlif araşdırmalar aparmışdır ki, onlarda İtaliya sakinləri iştirak edirdilər. O aydınlaşdırıb ki, (ancaq ana və atan ilə yaşayanlardan fərqli olaraq)nənə, baba, xala və dayı ilə böyük ailədə yaşayan təcrübə iştirakçıları uşaqlığının ilk illərində baş verənlər barədə daha çox danışa biliblər.

Bununla yanaşı o dövrdə onlara valideynləri və yaxın qohumlarının danışdıqları maraqlı hekayələr və nağıllar daha parlaq şəkildə xatirələrdə qalıb. Bundan başqa yaddaşın formalaşmasına stress də təsir edə bilir. Çünki valideynləri altı yaşına çatmadan boşanan uşaqlar özlərinin erkən uşaqlıq illərini daha yaxşı xatırlayırlar.

Bunun səbəbi nə ola bilər?

Uşaqlardakı pis yaddaşın dəqiq səbəbləri barədə psixoloqlar bu gün də mübahisə edirlər. Onlar güman edirlər ki, uşağın ilk illərdə informasiyanı tez qəbul etməsidir. Nəticədə daha yeni xatirələr yaddaşımızda başqalarının “üzərinə yazılır”. Başqaları isə bunu balaca uşaqlarda yaddaşın inkişaf səviyyəsi ilə əlaqələndirir. Maraqlı nəzəriyyəni Ziqmund Freyd irəli sürüb. O “infantil amneziya” adlı termini təklif edib. Onun fikrincə, məhz o həyatımızın ilk illərindəki dəqiq xatirələrin olmamasının səbəbidir. 

Mənbə: Umnaja.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR