Slimfit
  1. İQTİSADİYYAT

Nə üçün biznesi rəqəmsallaşdırmaq lazımdır?

Nə üçün biznesi rəqəmsallaşdırmaq lazımdır?
Sakura

Nə üçün biznesi rəqəmsallaşdırmaq lazımdır?

Hazırda dünyada böyük şirkətlərin hamısı uzun illərdir rəqəmsallaşıblar və bu onların işində çox müsbət irəliləyiş  əldə olunmasına səbəb olub.Ancaq etiraf etmək lazımdırdır ki, bbəzi biznesmenlər öz şirkətlərinin işini rəqəmsalllaşdırmadan da uğur əldə edəcəklərinə inanırlar. Belə biznesmenlərə rəqəmsallaşmaq barədə danışanda bunu artıq vaxt itkisi və lazımsız fəaliyyət hesab etdiklərini heç gizlətmirlər. Nə üçün biznesi rəqəmsallaşdırmaq  lazımdır? rəqəmsallaşmanın biznes üçün nə əhəmiyyəti var kimi suallar tez -tez səslənir. Biznesi rəqəmsallaşdırmağın nə üçün lazım olduğunu və rəqəmsallaşmanın hansı üstünlüklərinin olduğu barədə fikirlərini Fins.az-la bölüşən biznes-ekspert Tural Babayev bildirib ki "İndiki dövrdə bizneslər mütləq şəkildə rəqəmsallaşmalıdırlar. Rəqəmsallaşma deyəndə təkcə şirkətlərin özləri üçün sosial media hesabları açmaq və onları idarə etmək nəzərdə tutulmur. Məsələn, geyim satan mağazalar e-kommersiya saytlarını yaradaraq, daşıma şirkəti marşrut sistemini rəqəmsallarşdıraraq, zavodlar/fabriklər istehsal prosesini müasir texnologiyalarla təchiz edib rəqəmsallaşa bilərlər. Nümunələr çoxdur, bunlar onun çox az bir qismidir. Rəqəmsallaşmaq bizneslərə daha çox şəffaflıq və daha çox hesabatlılıq gətirir. Müasir biznesdə datanın əhəmiyyətinin gündən-günə artdığı şəraitdə rəqəmsallaşmadan yüksək nəticələr əldə etmək daha da çətinləşir. Sözsüz ki, data da məhz rəqəmsallaşma ilə gəlir. Bu gün "big data" deyilən məvhum bütün böyük bizneslərin əsas istinad nöqtəsidir. Data əvvəllər də mövcud idi, sadəcə rəqəmsallaşma nəticəsində datanı əldə etmək daha da asanlaşıb və bu da bir çox biznes proseslərdə xərcləri aşağı salmağa kömək edir. Biznesin də əsas hədəfi budur - xərcləri azaldıb, gəliri maksimallaşdırmaq. Elə əvvəlki nümunədəki kimi məhsul satan fiziki dükanın onlayn satışlara keçəcəyi təqdirdə öz saytı vasitəsilə müştərilərin davranışları haqqında nə qədər detallı məlumat əldə edə biləcəklərini misal çəkmək olar. Yaxud distributorlar üçün xüsusi rəqəmsal proqramlar vasitəsilə qət edilən məsafələrin optimallaşdırılması, yanacaq xərclərinin azaldılması başqa bir nümunədir. İlk başda bunları tam şəkildə qurulması biznes sahiblərinə bahalı görünə bilər və elə bahalıdır da. Lakin rəqəmsallaşmaya qoyulan pul dərhal olmasa sonda geri qayıdır. Qısa vədədə gəlir götürmək istəyən biznes sahibləri üçün elə də cəlbedici görünməyə bilər, amma rəqəmsallaşma uzun vədədə düşünən biznes sahibləri üçün gələcəkdir desək səhv etmiş olmarıq. Bu gün fiziki dükandan əlavə onlayn dükanını quran sahibkar ilk illərində veb-saytı üzərindən istədiyi satışı edə bilməsə də, gələcəkdə bunun bəhrəsini görəcək. Çünki trend artıq onlayn satışlara doğru dəyişir. İnsanlara oturduğu yerdən alış-veriş etmək daha asan gəlir. Statistik olaraq dünya üzrə riteyl (retail) e-kommersiya sahəsində satışlar 2017-ci ildə 2014-ə nisbətən təqribən 2 dəfə artıb - 1336 milyard ABŞ dollarından 2304 milyard ABŞ dollarına. Bu hələ yaxın gələcəkdir və rəqəmlər kifayət qədər böyükdür.Rəqəmsallaşma bu gün hansısa faktorlara görə biznes üçün effektiv olmaya bilər, amma sabah üçün hava-su kimi lazımdır. Qarşıdakı 5-10 ildə rəqəmsallaşmayan bizneslər rəqabətdən geri qalacaqlar, çünki proses artıq başlayıb. Hətta çoxdan başlayıb. Şirkətin insan resursu rəqəmsallaşmağa hazır deyilsə, bunun üzərində işləməyə başlamaq lazımdır, maddi-texniki baza hazır deyilsə, bunun üzərində işləməyə başlamaq lazımdır. Çünki rəqəmsallaşmayan yaxud rəqəmsallaşmaq istəməyən biznes gec-tez müflisləşməyə məhkumdur. Rəqəmsallaşma daha effektiv nəticələr gətirir və kim effektiv deyilsə, rəqabətdə uduzacaq"

 

Mənbə: Fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR