Ens.az
18 oktyabr 2019, cümə
.
.
chevron_left chevron_right
AİLƏ

“Necə olsa məni başa düşmür” deyənlərdənsinizmi?

“Necə olsa məni başa düşmür” deyənlərdənsinizmi?

“Necə olsa məni başa düşmür” deyənlərdənsinizmi?

Yəqin, siz də razılaşarsınız ki, həyat yoldaşının onu başa düşmədiyini, ona qiymət vermədiyini düşünən qadınlar az deyil. Ən qəribəsi isə onların öz problemlərini həyat yoldaşları ilə bölüşməmələridir. Belə qadınların, “Bütün bunlardan həyat yoldaşınızın xəbəri varmı?” – sualına cavabları isə sadədir: “Necə olsa məni başa düşməyəcək”…

Təbii ki, onları bu cür düşünməyə vadar edən səbəblər ola bilər. Ancaq danışmamaqla da problemləri həll etmək olmaz. Elə isə həyat yoldaşınızla necə danışmalı? Hər şeydən əvvəl həyat yoldaşınızın elə ilk söhbətdən sizi dəstəkləyəcəyini gözləməyin. Başqa sözlə, bu söhbətlə özünüzü ifadə etməyə və həyat yoldaşınızın sizi düşünməsini təmin etməyə çalışın. Həyat yoldaşınızla söhbət edərkən onu ittiham etməyin. Unutmayın ki, məqsədiniz özünüzü ifadə etməkdir, qarşı tərəfə səhvlərini izah etmək yox.

Ümumiyyətlə, ünsiyyətə qapalı insanlar səhvlərini asanlıqla qəbul etmir, onlara səhvlərini göstərdikdə isə ünsiyyətdən qaçmağa çalışırlar. Ona görə də, həyat yoldaşınızla söhbət edərkən ilk növbədə “mən” dilindän istifadə etməyə çalışın. Mimikalarınızda və səs tonunuzda sərtlik və ya emosionallıq hiss etdirməyin. Digər tərəfdən, məsələlərə mümkün qədər neytral yanaşmağa çalışın. Göz yaşlarınızdan həyat yoldaşınıza qarşı silah kimi istifadə etməyin. Özünüzü düşündüyünüz kimi, həyat yoldaşınızı da düşünün. Nə olursa olsun, əsas məsələdən kənara çıxmayın. Ən əsası isə, bu söhbətlərdən bir şey qazanmasanız belə, bir ıey itirməyəcəyinizi də unutmayın.

 


Mənbə: Gencaile.az




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X