Slimfit
  1. İQTİSADİYYAT

Neft hasilatını yenidən azaldan Səudiyyə Ərəbistanı “OPEC+” üzvlərinə müraciət edib

Neft hasilatını yenidən azaldan Səudiyyə Ərəbistanı “OPEC+” üzvlərinə müraciət edib
Sakura

Neft hasilatını yenidən azaldan Səudiyyə Ərəbistanı “OPEC+” üzvlərinə müraciət edib

“OPEC+” ölkələri nazirlərinin iyunun 6-da keçiriləcək virtual iclası ərəfəsində Səudiyyə Ərəbistanının Enerji naziri Əbdüləziz bin Salman qlobal enerji bazarında sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki,iyunda gündəlik hasilatı daha 1 milyon barrel həcmində azaldan Ər-Riyad digər hasilatçı ölkələri də bu təşəbbüsə qoşulmağa çağırıb. Əbdüləziz bin Salmanın sözlərinə görə, sabah keçiriləcək iclasda hasilatın azaldılması və qiymətlərin sabitləşməsi üzrə daha effektli addımlar atıla bilər. Nazir qeyd edib ki, “OPEC+” ölkələri bundan əvvəl qəbul edilmiş qərarları yerinə yetirməklə kifayətlənməməli, xam neftin qiymətlərinin sabitləşməsi üçün hasilatı daha da azaltmalıdır.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz ötən gün hökumətin virtual müşavirəsində nazirlərə məlumat verib ki, o, ABŞ Prezidenti Donald Trampla qlobal enerji bazarlarında sabitliyi müzakirə edib. Ər-Riyad bu məsələdə həm Vaşinqton, həm də Moskva ilə ortaq məxrəcə gəlib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR