Slimfit
  1. MARAQLI

Nəqliyyat vasitələrində ən təhlükəsiz yerləri necə seçmək lazımdır

Nəqliyyat vasitələrində ən təhlükəsiz yerləri necə seçmək lazımdır
Sakura

Nəqliyyat vasitələrində ən təhlükəsiz yerləri necə seçmək lazımdır

Əksər hallarda nəqliyyatda oturarkən biz səfər zamanı rahatliq haqqında düşünürük. Ancaq təhlükəsizliyi də unutmaq olmaz, çünki hər bit nəqliyyat vasitəsində qəza zamanı xəsarət almaq ehtimalı az olan yerlər var.

Sizə 7 nəqliyyat vasitəsində müxtəlif araşdırma və statistikaya əsasən müəyyənləşdirilən təhlükəsiz yerləri təqdim edirik.

 

Avtomobil

Təhlükəsiz yerlər: sürücünün arxasındakı arxa oturacaq və mərkəz, belə ki maşının bu hissəsi qəza zamanı ən az deformasiyaya məruz qalır.

 

Təhlükəli yerlər: sürücünün yanındakı yer, belə ki toqquşma zamanı o reflekslə yana keçmək istəyəcək və bu zaman onun yanında oturan sərnişin üçün təhlükə yaranacaq.

 

Marşrut taksisi

Təhlükəsiz yerlər: arxa tərəfi hərəkət istiqaməti tərəfdə yerləşmiş yer, belə ki qəfil tormozlama zamanı başın zərbə ilə oturacağın söykənəcəyinə dəyməsi ehtimalı az olur.

 

Təhlükəli yerlər:  pəncərə və qapı tərəf, belə ki qəza zamanı onlar kəsə bilər və sınmış şüşə ilə sıxa bilər. Avtomobildə olduğu kimi sürücünün yanındakı yerdə oturmaqdan çəkinmək lazımdır.

 

 Trolleybus


Təhlükəsiz yerlər: sağ tərəfdə (sağ tərəfli hərəkət üçün), belə ki qarşı nəqliyyat axını sol ilə hərəkət edir və xəsarət almaq ehtimalı çox azdır. Həmçinin arxa tərəfi hərəkət istiqamətinə olan orta yerlər təhlükəsiz sayılır.

 

Təhlükəli yerlər:  marşrut taksilərində olduğu kimi şüşə kəsiklərindən xəsarət almamaq üçün pəncərə və qapı qarşısında oturmaq məsləhət deyil.

 

Şəhər avtobusu

 

Təhlükəsiz yerlər: hərəkət istiqaməti üzrə salonun ortasında kənar sağ yerlər, belə ki onlar qarşıdan gələn nəqliyyat vasitəsindən daha uzaqda yerləşirlər.

 

Təhlükəli yerlər:  ilk iki oturacaq yerləri, belə ki qabaq şüşələr adətən kənara səpələnir. Bu həmçinin qapı və pəncərə yanına aiddir. Arxa oturacaq yeri ancaq arxadan zərbə zamanı təhlükəlidir.

 

Qatar

 

Təhlükəsiz yerlər: mərkəzə yaxın. Yaxşı olar ki, 5-ci ya da 6-cı kupeni seçəsiniz (yəni mərkəzə yaxın), belə ki, belə ki toqquşma zamanı 1-ci və axırıncı vaqonlar ya əzilir, ya da relsdən çıxır.

 

Təhlükəli yerlər:  hərəkət istiqamətinə əks olan yerlər, belə ki qəfil tormozlama zamanı onlardan düşmək ehtimalı daha çoxdur.

 

Gəmi

 

Təhlükəsiz yerlər: göyərtə və kabinəyə yaxın yerlər, belə ki gəminin yuxarı hissəsi ən sonda batır.

 

Təhlükəli yerlər:  aşağı kabinələr, belə ki deşik yarandığı halda həmin yerlər hər tərəfdən su ilə dolmağa başlayır və ordan çıxmaq çox çətin olur.

                                                              

Təyyarə

 

Fikir müxtəlifliyinə görə mütəxəssislər dəqiq hansı hissəni seçməyi müəyyənləşdirə bilməyiblər. Lakin ekspertlərin əksər hissəsi təsdiqləyir ki, quyruq hissəsi təyyarənin ön hissəsindən daha təhlükəsizdir.

 

Əsas məsəkə panikaya düşməmək və təhlükəsizlik texnikasını xatırlamaqdır, həmçinin ictimai nəqliyyatda hərəkət və davranış qaydalarına riayət etməkdir. Belə halda qəzaya düşmək ehtimalı minimuma düşəcək.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR