Slimfit
  1. CƏMİYYƏT

Nərimanov rayonunda pilot layihə çərçivəsində qəzalı binaların yerində tikilən binaların sayı açıqlanıb

Nərimanov rayonunda pilot layihə çərçivəsində qəzalı binaların yerində tikilən binaların sayı açıqlanıb
Sakura

Nərimanov rayonunda pilot layihə çərçivəsində qəzalı binaların yerində tikilən binaların sayı açıqlanıb

Bakı şəhəri, Nərimanov rayonunda Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı ilə qəbul edilən pilot layihə çərçivəsində görülən işlər açıqlanıb.

APA-nın məlumatına görə, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Nərimanov rayonunun sosial-iqtisadi sahədə 2019-cu ilin yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağında bildirib ki, Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirilib.

F. Fərzəliyev qeyd edib ki, rayon ərazisində hazırda pilot layihə çərçivəsində 27 ünvanda çoxmənzilli binaların tikintisi həyata keçirilir, digər 10  ünvanda isə bu proses sənədləşdirmə mərhələsindədir. Onun sözlərinə görə, 2019-cu ildə artıq 5 ünvanda tikinti işləri başa çatdırılaraq tam təmirli mənzillər sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 25 fevral 2016-cı il tarixli qərarına əsasən, Nərimanov Rayon icra Hakimiyyəti 5 il müddətində Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməli idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR