Slimfit
  1. AZƏRBAYCAN

Nəsimidə yeni park istifadəyə verildi

Nəsimidə yeni park istifadəyə verildi
Sakura

Nəsimidə yeni park istifadəyə verildi

Nəsimi rayonu ərazisində genişmiqiyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, cari ilin may ayının 10-da   4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə və M.Kazımovski küçələri ilə kəsişməsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilib,  sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0.7 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılıb, müxtəlif növ həmişə yaşıl ağaclar və gül kolları əkilib, mövcud ağaclar budanmış, 1000 kv.m-dən artıq yeni qazon örtüyü və 350 kv.m –dən artıq süni qazon döşənib, 500 metrdən artıq suvarma xətti çəkilmişdir.Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılmış, müasir işiqlandırma sistemi, 2 ədəd söhbətgah, 18 ədəd fitnes avadanlığı quraşdırılıb,  10 ədəd yeni skamyalar qoyulub. Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaq oyun əyləncə qurğuları montaj olunmuş, park boyunca idman yürüşü üçün zolaq salınıb.

Cavadxan küçəsi boyunca 0, 03 ha sahədə  əsaslı təmir və abadlıq işləri davam etdirilərək  parka əlavə olunmuş,  yeni yaradılmış istirahət guşəsi sentyabr ayının 25-də sakinlərin istifadəsinə verilib.

Sakinlər yeni parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR