Slimfit
  1. AZƏRBAYCAN

Niderland qəzeti Azərbaycandan yazdı

Niderland qəzeti Azərbaycandan yazdı
Sakura

Qeyd edək ki, sərgi 28 sentyabr tarixinədək davam edəcək

Niderlandın nüfuzlu "Diplomat magazine" jurnalında Azərbaycan haqqında məqalə işıq üzü görüb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyindən məlumat verilib.

Roy Strik tərəfindən yazılan məqalədə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi tərəfindən bu ilin 21 sentyabr tarixində Səfirliyin binasında keçirilmiş Niderlandda yaşayan həmvətənlərimiz Vəfa Rüstəmova və Rasim Hüseynovun rəsm əsərlərindən ibarət sərgi işıqlandırılıb.

Qeyd edək ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib. Sərgidə xarici qonaqlar, yerli ictimaiyyətin nümayəndələri, habelə KİV təmsilçiləri iştirak edib.

 

İştirakçılar arasında böyük marağa səbəb olan sərginin açılış nitqini müvəqqəti işlər vəkili C.Mirzəyev edib, AXC-nin Azərbaycan dövlətçiliyinin bərqərar olmasında vacib əhəmiyyəti, bu xüsusda, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət haqqında ətraflı məlumat verib. O daha sonra, bu kimi sərgilərin Azərbaycanın incəsənət və mədəniyyət sahəsində nailiyyətlərinin təbliğ olunmasında müstəsna rolunu qeyd edib. Sərgi çərçivəsində qonaqlar Azərbaycan mədəniyyəti və incəsənətinə heyranlıqlarını ifadə edib.

Qeyd edək ki, sərgi 28 sentyabr tarixinədək davam edəcək.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR