Ens.az
21 sentyabr 2019, şənbə
.
chevron_left chevron_right
KİTABLAR

Nikola Teslanın gündəliyi: Praqa

Nikola Teslanın gündəliyi: Praqa

729 Baxış
Nikola Teslanın gündəliyi: Praqa

Ən sevindirici ümidlər Karlov Universitetində (əlyazmada Tesla “Karolinum” sözünü işlədib, lakin bu söz müasir oxucular üçün anlaşılmazdır) yarandı, orada elə bil başıma bir çəllək soyuq su tökdülər. Aydın oldu ki, yunan dilini bilməyənin buraya yolu bağlıdır. Aydın oldu ki, bunan dilini bilməyənlər üçün buraxa oxumaq olmaz, mən isə heç vaxt yunan dilini öyrənməmişəm və mənə lazım olmadığı üçün onu öyrənmək haqqında belə düşünməmişəm. Mənə lazım olan bütün informasiya alman, fransız və ingilis dilində dərc olunurdu. Bütün həyatım boyu yunan dilində oxumaq istədiyim bircə məqalə belə görmədim.

                Mən universitet rəhbərliyini mənim üçün istisna etmələrinə çalışırdım. Mən hətta universitetdə oxumağa icazə almaq üçün hətta mənə lazım olmayan dili öyrənməyə söz verməyə hazır idim. Ancaq heç nə alınmadı. Qiyabi tələbə oldum. Mən onsuz belə kifayət qədər vaxt itirdim, artıq vaxt itirmək olmaz. İşləmək və anamın qayğısına qalmaq lazım idi. Mənim 24 yaşım var idi. Əvvəlki planlarımda bu yaşda artıq mühəndis idim. Mənim üçün bilik diplomdan vacib idi. İnsana onun diplomu ilə deyil, bacarığı ilə dəyər verirlər. Qratsda oxumayan, vaxtını əyləncə ilə keçirən çoxlu tənbəl və varlı valideynlərin uşaqlarını gördüm. Ataları uşaqlarının tezliklə mühəndis diplomu almalarını istəyirdi. Ataları uşaqlarının təhsil haqqından əlavə daim həm məktəbə, həm də ayrıca professorlara səxavətli ianələr verirdilər, onun hesabına onların uşaqları imtahandan kecirdilər. Kimin qızıl yumurta verən toyuğu kəsməyə əli qalxar?

                Tezliklə mənim məşğələlərin başlanmasından sonra əyani tələbə olmaq imkanım yarandı, lakin mən ondan imtina etdim, çünki şərtlər mənim üçün qəbul edilməz idi. Fizika üzrə mühazirə deyən professorlardan biri mühazirələrin birindən sonra mənim üçün xeyirli ola biləcək bir insanla tanış etmək istədiyini bildirdi. Mən söhbətin köməkçiyə ehtiyacı olan professordan getdiyini düşündüm. Lakin “xeyirli insan” əslində polis məmuru idi. O mənə polis agenti olmağı və tələbələr arasındakı vəziyyət haqqında informasiya verməyi təklif etdi. Bunun əvəzində mənə universitetdə yer (xüsusi tələbə kimi istisna qismində) və daimi məbləğ söz verildi. Mən həmsöhbətimi heç axıra qədər dinləyə bilmədim. Qəzəbimi bildirməyin və izah etməyin mənası yox idi. Mən sadəcə olaraq ayağa qalxdım və məni vacib işlərin gözlədiyini deyərək getdim. “Siz buna görə peşman olacaqsınız”, - həmin məmur arxamca dedi. Peşman olmadım, lakin növbəti gündən həyatım pisliyə doğru dəyişməyə başladı.

                Daha sonra həmin professor məni görməməzliyə vurdu, guya mən auditoriyada yox idim. Mənim sullarımı o “eşitmirdi”, salamımı almırdı.

                Bir həftədən sonra mən otaqda olmayanda otağa girib axtarış apardı. Mən evə əsasən yatmaq üçün gəlirdim, universitet kitabxanasında məşğul olmağa üstünlük verirdim, orada əlimin altında mənə lazım olan bütün kitablar var idi. Buna görə də axtarış üçün vaxt kifayət qədər idi. Axtarış diqqətlə və qüsursuz aparılmışdı. Hər şey öz yerində idi və ancaq mənim ideal səliqəyə olan meylim müəyyən dəyişikliklərin olmasını hiss etməyə imkan verdi. Kağızdan tutmuş əşyalara qədər hər şey istisnasız yoxlanılmışdı. Hətta yastığı da yoxlamışdılar. Mən avstiya polisinin iş metodrları barədə inam yaradan hadisələr barədə çox eşitmişdim. Hər hansı yerə qadağan olunan (əsasən ədəbiyyat) bir şey qoymaq, növbəti gün isə axtarış apararaq atılmış şeyləri “tapmaq”. Buna görə də mən otağımı diqqətlə axtardım ki, “sürpriz”lərin olmasını bilim. Ancaq heç nə tapmadım. Bu bircə dəfə baş verdi, bundan sonra Praqada mənim evimə heç kim gizli olaraq girmədi.

                Mənə olan münasibəti təkcə professor deyil, başqaları da dəyişdi. Mənim hüquqlarım bu sözlərdə həmişə məhdudlaşdırılırdı: “əyani tələbələrə icazə verilən hər şey qiyabi tələbələr üçün deyil”. Bu vəziyyətdən çıxış yolum yox idi – bütün bunlarla barışmalı olurdum. Səbr edərək biliklərimdə olan boşluqları doldururdum. Öyrənmə sürəti çox yüksəldi, bu da pozğunluq yaratdı. Mən xəstələndim və iki həftə xəstə oldum. Mənim qızdırmam var idi və elə bir vəziyyətdə idim ki, özümü sanki kənardan görürdüm. Xəstə olan vaxt iki dəfə rəhmətlik atamı gördüm. Hisslər o qədər güclü idi ki, sanki o həqiqətən yanımda idi. Atamla nə barədə danışdığım yadımda deyil, çünki xəstə olan zaman beynim düz işləmirdi, lakin bu hissləri çox yaxşı xatırlayıram. Düşünürəm ki, xəstələnməyimin səbəbi yorulma deyil, universitet kitabxanasındakı toz idi. Kitab olan yerdə toz olar, amma orada toz həqiqətən çox idi. Elə hiss olunurdu ki, kitabxanada 1348-ci ildən bəri (kitabxananın təsis edilmə tarixi) heç təmizlənməyib. Havalandırma bir az vəziyyəti düzəldə bilərdi, amma pəncərələr həmişə bağlı idi. Mənə lazım olan kitabların çoxunu kitabxanadan çıxarmaq mümkün deyildi və ümumiyyətlə bu hüquqa ancaq əyani tələbələr malik idi. Mən kitabxanada məşğul olmağa davam edirdim, lakin boş əlimdə tutduğum dəsmal ilə nəfəs almağa çalışırdım. Birisinin daim burnunda dəsmal saxlamasını görənlər nə düşünərdi? Bütün izahlardan onlar ən pisini seçəcəklər – mənim sifilis olmağım barədə şayələr yayıldı. İş o vəziyyətə çatdı ki, tanışlarımdan biri (Praqada yaxın dostum yox idi, ancaq müəyyən tanışlarım var idi) özü müalicə aldığı bir həkimi məsləhət gördü. Mən tanışıma dəsmaldan istifadəyə nə üçün məcbur olduğumu izah etdim, lakin o mənə inanmadı.

                Praqada artıq oxumağa ehtiyacım olmadığını qərar verdiyim gün evimizə qonaq gəldi - Budapeştdə yaşayan anamın qardaşı Paya Mandiç qonağım oldu. Mənim onunla yaxın münasibətim heç vaxt olmayıb, çünki Paya hərbdə karyerasını yaxşı qurmuşdu – polkovnikə qədər yüksəlmişdi, varlı idi və anam kimi kasıb qohumları ilə xüsusi məsafə saxlayırdı. Mən dərhal daşa düşdüm ki, Paya qohum olduğum üçün deyil, iş üçün gəlib. Belə də oldu. Paya mənə Budapeştdə telefon stansiyasının tikintisində iş təklif etdi. Stansiyanı rəhbəri dayımın tanışı Ferenç Puşkaş olan amerikan telefon şirkəti inşa edirdi. Puşkaşa bilikli və enerjili mühəndislər, ilk növbədə isə elektriklər lazım idi. O onları bütün Avropadan Budapeştə dəvət edirdi. Mənim “tam hüquqlu” diplomumun olmaması Puşkaşı qorxutmurdu. O biliyi dəyərləndirirdi. Paya məni Puşkaşa elə tərifləmişdi ki, o məni görmədən yerimi təyin etmişdi.

Əlbəttə ki, mən razılaşdım. Paya getmədən mən əşyalarımı yığmağa başladım.

 

Tərcümə: Famil Ələkbərov

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: həyatımın başlanğıcı

Növbəti hissə: Nikola Teslanın gündəliyi: Budapeşt


Etiketlər:
VİDEO QALEREYA
Aprel şəhidimiz Fəxrəddin Qurbanlı
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ