Slimfit
  1. AVTO VƏ MOTO

Nissan Sentranın test şəkilləri yayıldı

Nissan Sentranın test şəkilləri yayıldı
Sakura

Nissan Sentranın test şəkilləri yayıldı

Nissan şirkəti sıx qara lentlər örtülmüş yenilənmiş Sentra modelinin testinə başladı. Foto cəsuslar təqdimatı 2019-cu ilin əvvəllərinə planlaşdırılmış avtomobili yol sınaqları zamanı çəkməyi bacarıb.

Kamuflyaj maşının tamamilə yeni dizaynını ekspertlərdən gizlətmədi. Nissan mütəxəssisləri Sentra modelini yeniləyərək, onu daha bahalı maşına oxşar etdilər. Avtomobildə eyni optika qalacaq, amma radiatorun ölçü cəhətdən böyüdülmüş çərçivəsi olacaq. İstisna deyil ki, sedanın yeni versiyası əvvəlki kompakt versiyası ilə müqayisədə ölçü cəhətdən böyüyəcək. 

Nissanda yeniliyin texniki özəllikləri hələ açıqlanmır. Sentranın aktual variantı 1,6 və 1.8l, müvafiq olaraq 126 və 139 at gücünə malik mühərriklərlə təchiz olunub. Yapon sedanının qiyməti 17 min dollardan başlayır.

Mənbə: Oane.ws

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR