Slimfit
  1. MEDİA

Niyazi Bayramov yolların təmir və bərpa işləri ilə tanış olub

Niyazi Bayramov yolların təmir və bərpa işləri ilə tanış olub
Sakura

Niyazi Bayramov yolların təmir və bərpa işləri ilə tanış olub

Bu gün Gəncədə tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etməkdədir. Bu istiqamətdə aparılan işlərdən biri də yolların bərpası, küçə işıqlandırılması və köhnə işıq dirəklərinin yenisi ilə əvəz edilməsidir.  Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərinə baş çəkib. İcra başçısı əvvəlcə Nərimanov prospekti boyunca görülən işlərlə maraqlanıb. Burada şəhər rəhbərinə məlumat verərək bildirilib ki,  prospektdə,  şəhərdaxili küçələrin  yollarında köhnə asfalt qatı qazılaraq yenisi ilə əvəz olunur. Çat olan yerlər xüsusi texnika ilə çapılaraq götürülür və həmin yerlərə xırda dənəli asfalt tökülərək üzərinə bitum vurularaq yeni asfalt örtüyü ilə üzlənir. Niyazi Bayramov  prospektə görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin  keyfiyyətli aparılmasına , həmçinin küçələrdə köhnə işıq dirəklərinin yenisi ilə əvəz edilməsinə dair bir sıra tapşırıqlar verib.

Daha sonra  Gəncə Şəhər İcra Hakimiyyətinin başısı Niyazi Bayramov  şəhərin Əttarlar küçəsi adlanan ərazisində olub. Burada sakinlərlə görüşən icra başçısı onları narahat edən məsələlərlə  yerində tanış olub. Sakinlər əsasən küçələrdə və məhəllədaxili yollarda asfalt örtüyünün olmamasından,  habelə su təchizatının yaxşılaşdırlması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Sakinləri dinləyən şəhər rəhbəri mövcud problemləri araşdıraraq aradan qaldırlması üçün aidiyyatı qurumlara tapşırıqlar verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR