Slimfit
  1. AVTO VƏ MOTO

Niyə ABŞ polisləri, qayda pozan şəxsin, avtomobilini dayandırdıqdan dərhal sonra onun avtomobilinə əl ilə toxunurlar?

Niyə ABŞ polisləri, qayda pozan şəxsin, avtomobilini dayandırdıqdan dərhal sonra onun avtomobilinə əl ilə toxunurlar?
Sakura

Bu, polis nizamnaməsində göstərilən xidmətin incəliyidir

Obyektiv səbəblərə görə Amerika - polis üçün ən təhlükəsiz ölkə deyil. Silah gəzdirmək yerli hüquq-mühafizə orqanlarının burada nə etdiyini və necə edəcəyini müəyyən bir spesifikliyə məcbur edir. Bəzi "fəndlər" yalnız yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istifadə olunur. Bunlardan biri avtomobili dayandırdıqdan dərhal sonra ovucu ilə avtomobilə toxunmasıdır. Polis soyuq metalı sığallamaq istədiyi üçün bunu etmir. Üstəlik - bu bir növ ənənə deyil, polis nizamnaməsində göstərilən xidmətin incəliyidir.

Niyə Amerika yol polisi fənərləri və ya avtomobilin gövdəsinə ovucları ilə toxunur? "AVTO KLUB AZƏRBAYCAN"ın araşdırmalarına görə - barmaq izlərini avtomobilin üzərində buraxmaq üçün bunu edirlər. Bu qayada pozan şəxsin və ya şübhəli şəxsin avtomobilini dayandırarkən edilməli olan vacib şərtdir. Polis əməkdaşları bu hərəkəti mexaniki şəkildə yerinə yetirməlidirlər, həmçinin sürücüyə yaxınlaşarkən əlini silah qabı (kabura) üzərində tutmalı və ya avtomobilini müəyyən bir məsafədə saxlamalıdır.

Qanun keşikçiləri, sadə yoxlamanın böyüməsinə səbəbindən barmaq izlərini buraxmağa borcludurlar. Gələcəkdə bu cür izlər istintaqa kömək edə bilər. İzlər müəyyən bir polisin müəyyən bir avtomobilini dayandırdığına dair sübut olacaqdır.

Əslində, indi polis artıq bunu etməyə məcbur deyil, çünki onların üzrəində və avtomobillərində baş verənləri qeydə alan video avadanlıq var. Buna baxmayaraq veteranların göstərişinə əsasən hər yeni nəsil işçi, bunu etməyə davam edir. Hər ehtimala qarşı.

Mənbə: AVTO KLUB AZƏRBAYCAN

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR