Slimfit
  1. MARAQLI

Niyə hər istədiyinizi övladınıza aşılaya bilmirsiniz?

Niyə hər istədiyinizi övladınıza aşılaya bilmirsiniz?
Sakura

Niyə hər istədiyinizi övladınıza aşılaya bilmirsiniz?

Uşağınıza bəzi şeyləri aşılamaq istəyir, ancaq istədiyiniz nəticəni ala bilmirsiniz? Və ya uşağınızın bəzi səhvlərini düzəltmək istəyir, ancaq uğursuzluğa məruz qalırsınız?

Əslində, ata və ya ana olmaq çoxlarının düşündüyü kimi o qədər də asan deyil. Burada bütün başqa keyfiyyətlərlə yanaşı səbir də böyük əhəmiyyət kəsb edir. Xüsusilə, kiçikyaşlı uşaqların tərbiyəsində səbir daha çox vacibdir. Çünki kiçikyaşlı uşaqlarda dərketmə qabiliyyəti böyüklərdəki kimi deyil. Buna görə də, onlara bir şey öyrətmək istəyirsinizsə, hər şeydən əvvəl uşaq kimi düşünməlisiniz. Və bəzi məsələlər üçün bəzən günlərlə, bəzən isə həftələrlə vaxt lazım gəldiyini unutmamalısınız.

Digər tərəfdən, uşaq uzun müddət bir səhvi təkrarlayırsa və siz bu səhvə bu və ya başqa şəkildə göz yumursunuzsa, təbii ki o səhvi birdən-birə düzəltmək olmaz. Buna görə də geri çəkilməyin. Ən əsası isə üsullarınızı tez-tez dəyişməyin. Əks halda uşağınız sizi başa düşməkdə çətinlik çəkəcək və arzu etdiyiniz nəticəni əldə etmək mümkün olmayacaq. Yuxarıda da dediyimiz kimi ata və ya ana olmaq asan deyil. Ya səbir edərək nəticəyə qədər dözməlisiniz, ya da hər dəfə yeni problemlərlə qarşılaşmağa hazır olmalısınız. Söz sizindir!

Mənbə: gencaile.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR