Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Niyə yaşıl çay içməliyik?

Niyə yaşıl çay içməliyik?
Sakura

Niyə yaşıl çay içməliyik?

Çay içməyi xüsusən sevən azərbaycanlıların çaysız bir günü olmur desək, yəqin ki, şişirtmərik. Yuxunu aradan götürən, beyini sakitləşdirib aydınlıq gətirən çaylar içində Azərbaycanda daha çox qara çay içilir. Amma yaşıl çaydan istifadə olunsa, daha az xəstələnmə halları ilə rastlaşmaq olar.

Belə ki, 4 min ildən çoxdur ki, bu möcüzəvi içki müalicəvi təsiri ilə məşhurdur. Təbii ki, xeyiri olduğu kimi, ziyanları da var.

Tərkibində kofein olduğu üçün yuxusuzluq yaradır, enerji verir. Yəni, yatmağa bir saat qalmış içsəniz, yuxu problemi yaşama ehtimalınız var.

Eyni özəlliyinə görə, onu yürüyüşə çıxmazdan əvvəl, eləcə də, idmanla məşğul olandan öncə içmək faydalıdır, belə ki, ikiqat arıqlama effekti verir, üstəlik də, idman zamanı yuxunuz gəlmir, enerjiniz yüksək olur. Yəni, onu axşam yox, daha çox səhər və gündüz saatlarında içmək faydalıdır. Eyni zamanda, yeməkdən bir saat əvvəl və ya bir saat sonra içilə bilər. 

Dadından şikayətlənənlər isə onu başqa üsulla hazırlamağı yoxlaya bilərlər. İçinə darçın qatmaq uzun müddət tox qalmağınıza səbəb olacaq. Zəncəfil isə arıqlamaq niyyətində olanlar üçün effektlidir. Limon da əlavə etdikdə dadı acı içkidən limonlu yaşıl çaya çevrilir.

Yaşıl çay həm də xərçəngin düşməni və yaranmasına maneə olan vasitələrdən biridir. Tərkibində kofeinin miqdarı çox olduğuna görə, günə 2-3 stəkandan çox içilməsi məsləhət görülmür.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR