Slimfit
  1. MEDİA

“Notların Möcüzəsi” adlı onlayn müsabiqə keçirilir

“Notların Möcüzəsi” adlı onlayn müsabiqə keçirilir
Sakura

Regionlarda fəaliyyət göstərən uşaq incəsənət məktəbləri və musiqi məktəblərinin şagirdləri arasında “Notların Möcüzəsi” adlı onlayn müsabiqə keçirilir

Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən keçirilən müsabiqə Azərbaycan bəstəkarlarının və onların klassik əsərlərinin sosial şəbəkələrdə təbliğ edilməsinə, klassik əsərlərin uşaq və yeniyetmələr tərəfindən ifa edilərək mənimsənilməsinə, musiqi məktəblərinin fəaliyyətinin populyarlaşdırılmasına,o cümlədən musiqi təhsilinin təbliğ edilməsinə və valideynlərin arasında təşviq edilməsinə, musiqi təhsili üzrə istedadlı və bacarıqlı uşaq və yeniyetmələrin üzə çıxarılmasına xidmət edir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər Azərbaycan bəstəkarlarının klassik əsərlərinin bir parçasını ifa edərək müsabiqəyə qatıla bilər. İfalar 08.12.2020-ci il saat 18:00-a qədər video görüntü şəklində təqdim edilməlidir. İştirakçı olmaq istəyən namizədlər müsabiqə şərtləri və qaydaları haqqında ətraflı məlumatı müsabiqənin sosial şəbəkədəki feysbuk hesabından ( https://www.facebook.com/notlarinmocuzesi )  əldə edə bilərlər.  

Qeyd edək ki,  müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Notların Möcüzəsi” estetik zövqün formalaşdırılması layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi regionlarda musiqi mədəniyyətinin inkişafına töhfə verməkdən ibarətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR