Slimfit
  1. TEXNOLOGİYA

Noutbuku təmizləmək qaydaları

Noutbuku təmizləmək qaydaları
Sakura

Noutbukunuzda düymələri ilişməyə başlayıb? Yeni noutbukunuz köhnə kimi görünür? Aşağıda sizə noutbukunuzu…

Noutbukunuzu təmizləmək üçün lazım olan təmizləmə vasitələrini əldə edin. Ekran üçün siz xüsusi təmizləyicidən istifadə etməlisiniz. Noutbukun digər hissələri üçün sizə fincan, bir az sabun (əgər siz noutbukunuzun düymələrini çıxarıb təmizləmək istəyirsinizsə), sıxılmış hava balonu, izopropil spirti.

Noutbuku söndürün və akkumulyatoru çıxarın. Bunu elektroşok və təmizləmə zamanı kompüterinizi xarab etməmək üçün mütləq etməlisiniz.

Kompüterinizə qoşulan bütün periferik qurğuları – siçan, istənilən disklər və ya kompakt disklər, USB qurğular və s. çıxarın. Onlar ancaq sizə mane olacaq.

Əgər siz noutbukunuzu klaviaturanı çıxarmadan təmizləmək istəyirsinizsə onda sizə içərisində sıxılmış hava olan balon lazım olacaq. Onu tam üzərində tutmayın sadəcə bir az əyib havanı üfürün. Əgər üfürmə ilə bağlı problem yaranarsa siz hər zaman noutbukunuzu əyib təmizləyə bilərsiniz. Əsas onu təmizləmə prosesi zamanı zədələməməkdir. Tozu tam təmizləyənə qədər hava üfürülməsini davam etdirin.

Əgər siz noutbukunuzu klaviaturanı çıxarmaq və klaviaturanın özünü ayrıca təmizləmək istəyirsinizsə onda sizə onu çıxarmaq üçün bıçaq lazım olacaq. Onları çıxararkən ehtiyatlı olun ki, klaviaturanın düymələrini, çıxışları və ya özünüzü zədələməyəsiniz.

Klaviaturanın düymələrini çıxarmazdan əvvəl əmin olun ki, siz onları yerinə taxa biləcəksiniz. Bəzi noutbuk klaviaturası düymələrini taxmaq digərlərin çətin olur. Əgər siz bunu edə biləcəyinizə əmin deyilsinizsə etməyiniz məsləhət deyil.

Fincanı bir neçə damcı qab sabunu əlavə edərək su ilə doldurun. Klaviaturanın düymələrini fincana yerləşdirin və çirk təmizlənənə qədər lazım olduğu müddətdə orada saxlayın. Ola bilsin siz işi bitirmək üçün düymələri ehmalca əlinizlə yumalı olacaqsınız.

Digər fincanı yarı isti su, yarı izopropil spirti ilə doldurun. Xovsuz parçanı yeni təmiz məhlula salın. Parçanı sıxın ki, su damcılamasın. Klaviaturanın içəri hissəsini, həmçinin noutbukunuzun qıraqları və digər hissələrini təmizləyin.

Noutbukun qıraqlarındakı portları təmizləyin. Bu zaman da sıxılmış havadan istifadə edin (balonu vertikal qaydada istifadə etməyi unutmayın). Təmiz olana qədər bütün port çıxışlarını üfürün.

Tam qurumaq üçün noutbuku bir müddət kənarda saxlayın. Qapağını örtməyin. Əgər siz düymələri klaviaturadan çıxarmısınızsa onda siz onları stolun üzərinə qoya bilərsiniz və ya quru parça ilə qurulaya bilərsiniz.

Kompüterinizin və düymələrin tam quru olmasına əmin olduqdan sonra düymələri klaviaturaya taxın.

Ekranı təmizləmək üçün xüsusi mayedən istifadə edin.  Parçaya bir az mayeni sürtüb ekranı ehmalca təmizləyin. Tozdan qurtulmaq üçün parçanı çırpın, daha sonra isə parçanın təmiz hissəsinə daha çox maye tökərək ekranı ehmalca təmizləyin. Ekranı təmizləyərkən onu çox sıxmayın.

Bu prosesi bütün işlərdən sonra edin ki, ekran noutbukun digər hissələrini təmizləyərkən yenidən çirklənməsin. Adi sabundan istifadə etməyin, çünki bu ekrana zərər verə bilər və ya onun işinə mənfi təsir göstərə bilər.

Məsləhətlər

  • Noutbukun klaviaturasını istifadə etməzdən əvvəl əllərinizi yuyun.
  • İçki və yeməyi noutbukunuzdan uzaq tutun.
  • Klaviaturadan düymələri çıxarmazdan əvvəl onu taxmağı bacaracağınızdan əmin olun. Kömək üçün digər noutbukdan və ya internetdən tapıla biləcək təlimatdan (təlimat şəklindən) istifadə edin.

                                                                       Xəbərdarlıqlar

  • Quru olmasına əmin olmadan düymələri kompüterə taxmayın.
  • Unutmayın ki, sıxılmış hava balonunda təkcə hava deyil, həm də toksik kimyəvi maddələr də ola bilər. Onu yaxşı havalanan yerdə istifadə edin və tərkibindəkini udmayın.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR