23 fevral 2020, bazar
.
.
chevron_left chevron_right
İDMAN

Nurməhəmmədov dünyanın ən yaxşı döyüşçüsü seçildi

Nurməhəmmədov dünyanın ən yaxşı döyüşçüsü seçildi

283 Baxış
Nurməhəmmədov dünyanın ən yaxşı döyüşçüsü seçildi

Ens.az xəbər verir ki, Sherdog statistika portalı çəki dərəcələrindən asılı olmayaraq qarıışıq üslublu döyüşçülərin (MMA) reytinqini yeniləyib - ona rusiyalı Həbib Nurməhəmmədov başçılıq edib. İlk onluğa düşən idmançıların adları portalın saytında yerləşdirilib.

UFC çıxışları ilə tanınan 31 yaşlı Nurməhəmmədov amerikalı Con Consu məğlub edib. Sonuncu UFC reytinqində çəki kateqoriyası nəzərə alınmamaqla liderlik edir, burada rusiyalı döyüşçü ikinci yeri tutur. Sherdog reytinqində üçüncü yeri Henri Sehudo qərarlaşıb.

Sherdog versiyasına əsasən ən yaxşı on dörd döyüşçüdən ancaq biri UFC nümayəndəsi deyil. Səkkizinci pillədə Sinqapurda keçirilən One Championship-də çıxış edən amerikalı Demetrius Conson qərar tutub.

Nurməhəmmədov UFC-nin yüngül çəkidə çempionudur. Aprel ayının 18-də o, titulunu amerikalı Toni Fergünsonla döyüşdə qorumalı olacaq. Nurməhəmmədovun 28 qələbəsi var, heç vaxt məğlub olmayıb. Rusiyalı UFC-də 12 dəfə qələbə qazanıb.


Müəllif: Famil Ələkbərov


Mənbə: lenta.ru




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X