Slimfit
  1. DÜNYA

Nursultan Nazarbayev istefa verdi

Nursultan Nazarbayev istefa verdi
Sakura

Nursultan Nazarbayev istefa verdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 30 ilə yaxındır prezidentliyinə son verərək, istefasını bəyan edib.

"Mən prezident səlahiyyətimə son qoymaq qərarı verdim" - deyə, Nazarbayev televiziya ilə yayımlanmış çıxışında bildirib.

Nazarbayev istefa versə də, hakim partiya və nüfuzlu Təhlükəsizlik Şurasının ömürlük sədrliyini saxlayır.

“Bu il bu ən yüksək postda qalmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanı yaradıb”, o, çıxışında söyləyib.

Nazarbayevin sözlərinə görə, parlamentin yuxarı palatasının spikeri Kasım-Jomart Tokayev prezident səlahiyyətini icra edəcək.

Nursultan Nazarbayev Qazaxıstan hələ over respublikası olduğu zaman, 1990-cı il 24 apreldən rəhbərlik edib. O, Sovet İttifaqının süqutundan sonra, 1991-ci ildə artıq müstəqil Qazaxıstanın lideri seçilib.

Vətəndaş hüquqları müdafiəçiləri və tənqidçilər Nazarbayevi daimi olaraq dissident səslərini boğmaqda, qeyri-demokratik seçkilər və referendumlar keçirməkdə və opponentlərini susduqmaqda günahlandırıb.

 

Mənbə: Amerikanın Səsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR